Sirli azərbaycanlı killerin işi: daha 2 nəfər həbs olundu - QALDIĞI OTELDƏN TAPANÇA TAPILIB...
Kiprdə israilli biznesmenlərin öldürülməsi üçün göndərildiyi bildirilən, Rusiya pasportu daşıyan azərbaycanlı killerin işi üzrə təhqiqat çərçivəsində polis daha iki şübhəlini saxlayıb. virtualaz.org Kipr mənbələrinə istinadən xəbər verir ki, bunlar 25 və 32 yaşlı iki yerli sakindir.
Həmin şəxslər Limasol şəhərində həbs olunublar və gözlənilir ki, bu gün barələrində məhkəmə həbs qərarı çıxaracaq. 38 yaşlı azərbaycanlı killerin (kimliyi hələ də açıqlanmır) özünün barəsində də həbs qərarının uzadılması gözlənilir. Xəbər verildiyi kimi, o sentyabrın 27-də Şimali Kiprdən yunan Kiprinə keçərkən həbs olunub. Müəyyən edilib ki, azərbaycanlı həbs olunmazdan 10 gün əvvəl Rusiyadan yunan Kiprinə gedib, dəfələrlə adanın şimal və cənub hissəsinə keçib. Saxlanılarkən üzərində səsboğuculu tapança və üç mobil telefon aşkarlanıb. Onun İran xüsusi xidmət orqanları tərəfindən Kiprdə israilli biznesmenləri öldürmək üçün göndərildiyi bildirilir. Bu haqda İsrail hökuməti açıqlayıb, lakin hələlik Kipr hakimiyyəti killerin motivi barədə rəsmi versiya irəli sürməyib.
Həbs edilən həmin o iki şübhəlinin barəsində informasiya yoxdur, amma onlardan birinin Pafos şəhərində yaşadığı və killerlə təmasda olduğu bildirilir. Bundan əvvəl isə killerlə təmasda olan 25 yaşlı pakistanlı yeməkdaşıyan kuryer həbs olunmuşdu. Ehtimala görə killer ondan yemək çatdırılma xidməti işçisinin formasını əldə edib və öldürməyi planlaşdırdığı şəxslərin ofisinə bu geyimdə daxil olmağı planlaşdırırdı.
Digər məlumata görə, azərbaycanlının Şimali Kiprdə qaldığı oteldə ona aid olduğu təxmin edilən “Glock” tapançası tapılıb. Tapançanı tapan isə həmin oteldə azərbaycanlı ilə qonşu otaqda qalan kiprli yunandır. İddiaya görə, həmin yunan azərbaycanlının salafana bükülmüş tapançanı soyuducunun arxasında gizlətdiyini görüb, o oteli tərk edəndən tapançanı götürüb və Kipr qəzetlərindən biri ilə əlaqə saxlayaraq bu haqda məlumat verib. Qəzetin redaksiyası isə tapançanın polisə təhvil verilməsində vasitəçilik edib. Lakin Kipr polisi bu barədə heç bir şərh vermir.
virtualaz.org
Paylaş:
Müəllif : Fuad
Tarix:23-10-2021, 09:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:23-10-2021, 09:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25