reklam
Regionxeberlericom.az » Araşdırma » Vüqar Zeynalov Prezidentin tikdirdiyi məktəblərdə fəhlələrin pulunu vermir - İddia

reklam

Vüqar Zeynalov Prezidentin tikdirdiyi məktəblərdə fəhlələrin pulunu vermir - İddia









Astara və Lerik rayonlarının bir qrup sakini üzləşdiyi özbaşınalıqla bağlı Prezident İlham Əliyevə müraciət edib.

RegionXəbərləri.com AzToday.az saytına istinadla xəbər verir ki, şikayətçilər dövlət başçısınınn sərəncamı əsasında tikilən 2 modul tipli məktəbin inşası prosesində işlədiklərini, amma pullarını ala bilmədiyini deyir.

Müraciəti təqdim edirik:

Möhtərəm Prezident!

Biz bu müraciəti sizə qöndərməkdə məqsədimiz, öz prezidentimizdən hüquqlarımızın müdafiəsini xahiş etməkdir.

Belə ki , PDL şirkəti tərəfindən MMC-Vüqar 1970 icraçı ilə Astara rayon Şəvqo və Lerik rayonun Loda kəndində modul tipli məktəb binası tikilmişdir.

İş icraçısı Vüqar Zeynalov ilə razılaşma əsasında bu məktəbin tikintisində iştirak etmişik. Kimimiz öz şəxsi maşınlarımızla yük daşımış, kimimiz yükü yüklənmiş, boşaltmış. Kimimiz isə usta və fəhlə işləmişik.

Məktəb tikintisi Şəbqoda 2019-cu ildə, Loda kəndində isə 2020 -cı ildə başlamışdır. Hər iki məktəb çoxdandır ki, təhvil verilib. Bir ildən artıq vaxt keçməsinə baxmayaraq, əmək haqqınızı ala bilmirik. Zeynalov Vüqar iddia edir ki, pulu sifarişçi şirkət ödəmir. Biz isə əldə qalmışıq. Cənab Prezident xahiş edirik ki , hüquqlarımızın müdafiəsi ilə bağlı göstəriş verəsiz.

1). Hüseynov Sahil

2) Babazadə Lakin

3) Mehbalıyev Rakif

4) Ağayev Arif

5) Şahmuradov Kamil

6) Əliyev Etibar

7) Babayev Şahin

8) Nəcəfov Ceyhun.

9) Şahbaz Nemət




Paylaş:


Müəllif : Tarix:
16-11-2021, 08:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər