Həsən Məmmədov barədə ŞOK İDDİA: - “Onu çərlədib öldürdülər”
“Həsənin qədrini sağlığında bilmədik. Öləndən sonra başladıq onun Azərbaycan kinosunda xidmtləri barədə danışmağa. Biz dədəmizi öldürüb, goruna and içənlərdənik”.
Bunu bu gün doğum günü olan mərhum aktyor, Xalq artisti Həsən Məmmədovla bağlı xatirələrini bölüşən sənət dostu, tanınmış rejissor Əbdul Mahmudbəyov Yenicag.az-a açıqlamasında deyib.
Şeyx Əbdul Həsən Məmmədovun ömrünün son günlərində yaşadığı çətinliklərdən də danışıb:
“Həsən milli kinomuzda bənzəri olmayan, nömrə bir aktyor olub. Heyf ki, onun xidmətlərinin müqabilində qiymətini verə bilməmişik. Baxmayaraq ki, Azərbaycan kinosunda baş rolların oyunçusu idi, amma ehtiyac içində yaşayırdı. Ömrünün son illərində ona torpaq sahəsi verilmişdi. Amma o torpaq sahəsində ev tikmək üçün məmurların qapısında qalmışdı. Bir parça sənədə görə o boyda sənətkarın döymədiyi qapı qalmadı. Amma icazə kağızını ala bilmədi. Buna görə çox xiffət etdi, xəstəxanalarda yatdı. Onu çərlədib öldürdülər. Allah o məmrulara lənət eləsin. Həsən Hollivud akytorlarını geridə qoyan bir sənətkar idi. Onların təyyarəsi, yaxtası, adası var, amma Həsən ona verilən kiçik torpaq sahəsində ev tikdirməyə sənəd belə ala bilmirdi. Çox abırlı-həyalı bir insan idi. Abır-həyaya da kim idi qiymət verən? Bu gün onun yaratdığı hər bir obraz milli kinomuzun şedevrləridir. Həsən barədə ən gözəl sözü onun yaratdığı obrazlar deyir. Obrazları da özü kimi ağayana idi. O, Azərbaycan kinosu durduqca duracaq, yaşayacaq”.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-11-2021, 12:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər