reklam
Regionxeberlericom.az » Araşdırma » Xətai rayonunun iki icra başçısı, daha doğrusu, “iki adaxlısı” var... - Razim Məmmədov və Rafiq Quliyev...

reklam

Xətai rayonunun iki icra başçısı, daha doğrusu, “iki adaxlısı” var... - Razim Məmmədov və Rafiq Quliyev...



Ay Allahın keçisi, bu ehsan deyil ee...

Dövrümüzün ən acı reallığı odur ki, “paçka-paçka” icra başçıları, nazir və komitə sədrləri, nazir müavinləri, baş həkimlər, məktəb direktorları həbs olunsa da, vəziyyət nəinki yaxşıya doğru dəyişmir, əksinə bəzi məmurlar getdikcə daha da harın və quduz olurlar.

Məmurlar barəsində ilk dəfə “harınlamış” ifadəsini cənab Prezident deyib, hətta “.... barı, Allahdan qorxun” deyərək xəbərdarlıq edib.

Türklər demişkən, maaləsəf, məmurlar düzəlmir ki, düzəlmir.

Atalar deyir ki, qozbeli qəbir düzəldər, amma bu məmurları həbsxana da düzəltmir.

Bəzi məmurlar rəhbərlik etdikləri rayonlara “kirayə kimi” baxırlar.

Hətta bəzən bir rayonun iki “icra başçısı” olur, gedən icra başçısı rayonu gələn icra başçısına sanki “arendaya” verir.

Adamın yadına məşhur “ O olmasın, bu olsun” filmi düşür.

Filmdə deyir ki, “Deyəsən qızın 2 adaxlısı var”.

Bu icra başçıları rayondakı torpaqları “ehsan” kimi kimə gəldi satırlar....

Yenə məşhur filmidəki kişmiş satanın Qoçu Əsgərin keçisinə dedikləri yada düşür: “ Ay keçi, ay Allahın heyvanı, bu ehsan deyil ee..”.

Bəli, Xətainin keçmiş icra başçısı Razim Məmmədov rayonun ən bahalı torpaqlarını sataraq özünə ticarət obyektləri, istirahət mərkəzləri və daha nələr açaraq, gedəndə rayonu öz müavini Rafiq Quliyevə təhvil verdi.

Razim Məmmədovun “əlindən su içən” Rafiq Quliyev də öz sələfi kimi rayonu sanki “örüş yeri”nə çevirdi.

Sosial şəbəkələrdə paylaşılan videolardan da görünür ki, Rafiq Quliyev dədə-baba peşəsinə sadiq qalaraq, özünün qoyun sürülərini rayondakı yaşıllıqlarda otartdırır.

Bu adam üçün yaşıllıq təmiz hava, oksegen, gözəllik-filan deyil, məhz örüş yeridir.

Bütün bunlar azmış kimi Rafiq Quliyev rayondakı ağaclara, parklara da qənim kəsilib.

Harada ağaclar görürsə, kəsdirib yerində ticarət obyekti tikdirir.

Xətai sakinləri Rafiq Quliyevin “moyka”larının səs-küyündən beziblər. İcra başçısı rayonda “avtoyuma” obyektləri açaraq dövlətə bir manat pul vermədən pul qazanır. Yenə Məşədi İbad, bağışlayın Rafiq Quliyevə deyən lazımdır ki, ayə, bu hamam suyu-zad deyil ee, dövlətin vəsaiti hesabına başa gələn sudur...

Rayon ərazisində bu qədər qanunsuz tikililər peyda olur.

Görəsən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi niyə ağzına su alıb susur ?

Bakı şəhər icra hakimiyyəti niyə səsini çıxartmır ?

Rayonda nə qədər yaşıllığı məhv edib yerində restoran tikmək olar ?

Görəsən, bu məmurlar Ulu Öndərin “ Bir ağacın budağı kəsiləndə elə bil mənim qolumu kəsirlər...” fikrini nə tez unutdular.

Sözün düzü, mat-məəttəl qalmalı məsələdir.

Yaxşı bəs Ekologiya və Təbii Sərvətlər Nazirliyi niyə bu boyda yaşıl terrora münasibət bildirmir ?

Öz aramızdır, deyəsən “adaxlı”nın sayı 2 deyil, heç 3 də, 4 də deyil, yazıq təbiət, yazıq vətən, sənə bu qədər etinasızlıq olur...

Hələ Allah qoymasa, guya Rafiq Quliyev Qarabağ veteranıdır...

Qarabağ veteranısan deyə, paytaxt Bakını örüş yerinə çevirməlisən, qoyun-quzu, dana saxlamalısan ?

Rafiq Quliyevin rayondakı çay evlərini saymaqla qurtaran deyil, hamısında da pullu tualet, müştərilər çay içəndə də pul verir, tualetə gedəndə də...

Bütün bunlar Rafiq Quliyevin əməllərinin cüzi bir hissəsidir.

İcra başçısı Rafiq Quliyevin “Ağ Şəhər”in sakinlərinin başına açdığı qara əməllərdən ötən yazımızda geniş bəhs etdiyimiz üçün ehtiyac görmürük.

Rafiq Quliyevin əməlləri barədə media nə qədər yazsa da bilmədiklərimiz də az deyil.

Yəqin ki, gələcəkdə istintaq orqanları Rafiq Quliyevin əməlləri ilə bağlı daha ciddi faktları ortaya qoyacaqlar.gundelik baki.com/




Paylaş:


Müəllif : Tarix:
8-12-2021, 08:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər