reklam
Regionxeberlericom.az » Araşdırma » Ali Məhkəmə hakiminin prokurorluqda işləyən oğlu hakimlərə nə göstəriş verib? - Məhkəmədə insident!

reklam

Ali Məhkəmə hakiminin prokurorluqda işləyən oğlu hakimlərə nə göstəriş verib? - Məhkəmədə insident!







Bakı Apelyasiya Məhkəməsinin hakimləri ilə digər məhkəmə instansiyada çalışan hakimin oğlu arasında insident yaranıb.

Musavat.com xəbər verir ki, bu barədə tanınmış vəkil Aqil Layıcov məlumat yayıb.

Vəkil sosial şəbəkə hesabında bildirib ki, Ali Məhkəmənin hakimlərindən Şahin Yusifovun oğlu Bakı Apelyasiya Məhkəməsinin hakimlərinə bir məhkəmə işində çıxarılacaq qərarla bağlı təzyiq edib.

A.Layıcov qeyd edib ki, həmin hakimin oğlu prokurorluqda çalışır.

Vəkil baş verən hadisə ilə bağlı bunları qeyd edib:

"İnsanlar arasında gəzən söhbət və əldə etdiyim məlumat həqiqətən bir vətəndaş kimi məni məyus edir. Onsuz da məhkəmə sisteminə cəmiyyət arasında inam olmadığı bir vaxtda, görüntü olaraq belə hakimlərin müstəqilliyinə hörmət edilmir. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının tərkibi müşavirədə olarkən prokurorluqda işləyən, atası Ali Məhkəmədə çalışam bir şəxs hakimlərin müşavirə otağına girir və qərar barədə göstəriş verir. Mübahisə yaranır və bu mübahisə isə atasının xoşuna gəlmir. İndi bu hakimləri cəzalandırmaq istəyirlər. Burdan bir vətəndaş kimi səslənirəm, məhkəmə sistemini kimlərinsə şəxsi kaprizlərindən və intriqalarından azad edin. Ali Məhkəmədə işləyən o hakim məhkəmə sistemində yetərincə mənfi imic qoymuş şəxsdir".

Vəkil məsələ ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına müraciət edib: "Bir vətəndaş kimi tələb edirəm ki, Ali Məhkəmənin mənfi imic formalaşdıran o hakimi cəzalandırılsın. Bəsdir artıq".

Onun sözlərinə görə, insident Bakı Apelyasiya Məhkəməsinin hakimləri Habil Məmmədov, Həsən Əhmədov, İlqar Murquzov ilə Ali Məhkəmənin hakimi Şahin Yusifov və prokurorluqda işləyən oğlu arasında baş verib:

"İlk dəfə olaraq apelyasiya hakimlərini bu hadisəyə görə dəstəkləyir və vətəndaş kimi məndə bu insident ikrah hissi oyadır".

 




Paylaş:


Müəllif : Tarix:
10-12-2021, 11:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər