reklam
Regionxeberlericom.az » Araşdırma » Yas mərasimlərinin keçirilməsinə niyə icazə verilmir? - Deputatın şərhi

reklam

Yas mərasimlərinin keçirilməsinə niyə icazə verilmir? - Deputatın şərhi















"Azərbaycanda yas mərasimlərinin keçirilməsinə icazə verilsin".


Bu təklifi deputat Razi Nurullayev parlamentin bu gün keçirilən iclasında çıxış edərkən bildirib.



Deputat qeyd edib ki, onlarla insan ona müraciət edərək bu məsələnin həll edilməsini xahiş edib.

“Onlarla vətəndaş xahiş edir ki, yaslara da icazə verilsin. Toyların 150 nəfər olmaqla keçirilmsinə icazə verilib. Hesab edirəm ki, yas məclislərinin də 100-150 nəfər civarında keçirilməsinə icazə verilə bilər. Belə çıxmasın ki, insanlar toyda yoluxmur, yasda yoluxur".

Artıq 200 nəfərlik məclislər keçirilir, bəs yas mərasimlərinə niyə icazə verilmir? Ümumiyyətlə yas mərasimlərinə icazə verilməlidirmi?

Məsələ ilə bağlı millət vəkili Azər Badamov Bakupost.az -a bildirib ki, dəfn mərasimi ilə yas məclisi bitməlidir:



“Milli Məclisin son iclasında yas mərasimlərinin toy mərasimlərində olduğu kimi 150 nəfərlə keçirilməsi üçün icazənin verilməsi ilə bağlı fikir səsləndi. Mənim subyektiv fikirim tamamilə əksinədir. Çünki toy mərasimi ilə yas mərasimini eyniləşdirmək olmaz. Pandemiya hələ də bitməyib. Bu günə qədər 8 200-ə yaxın insan pandemiyanın qurbanı olub. Yeni Omikron ştammı da yaxınlaşmaq üzrədir. Dünyada yenidən qapanmalara və məhdudiyyətlərin tətbiqinə başlanılıb. Biz də Operativ Qərargahın tələblərinə riayət etməyə borcluyuq və keçirilən tədbirlərlə bağlı yeni yumşalmaları istəməməliyik. Ən azından yaxınlarımızın sağlamlıqları naminə özümüzü qorumalıyıq".

Millət vəkili bildirib ki, toy mərasimləri keçirilən zallar böyük, insanlar bir-birindən aralı və tələblərə uyğun əyləşirlər:

“Toy mərasimi bir günlük məclislə başa çatır. Yas mərasimləri isə çadırlarda, evlərdə, otaqlarda və ya kimin nəyə imkanı çatırsa orda keçirilir. Yas mərasimlərinin isə sonu görünmür. Üç, yeddi, qırx, il kimi yas mərasimlərinin verilməsi adəti vardır. Fikrim ondan ibarətdir ki, dəfn mərasimi ilə yas məclisi bitməlidir. Bu, pandemiyadan sonra da adət şəkili alarsa insanların rahatlıqları üçün çox yaxşı olar. Uzun uzadı yas mərasimlərinin verilməsi həm yas sahibi üçün böyük xərcdir, həm də yas mərasiminə gələn şəxslər üçün vaxt itkisidir. Ölü dəfn olunduqdan sonra yas mərasimlərini nə qədər təmtəraqla versən də onun rəhmətə getmiş şəxsə heç bir aidiyyəti yoxdur. Əgər ölüyə rəhmət oxutdurmaq istəyirsinizsə, öz maddi imkanınız çərçivəsində kimsəsizlərə, ehtiyacı olanlara əl tutun, YAŞAT Fonduna ianə edin ki, qazilərimizin müalicəsinə kömək olun və yaxudda bir xəstə insanın müalicəsinə dəstək dayanın. Bunun savabı təmtəraqlı yas mərasimləri verməkdən daha çox olacaqdır. İnsana sağ ikən hörmət etmək, qədrini bilmək lazımdır. Burda Cabir Novruzun "Sağlığında qiymət verin insanlara" şeirini xatırlatmaq istəyirəm. Kim bu şeiri oxumayıbsa, oxumağını tövsiyə edirəm. Şair şeirdə insanın fəlsəfəsini çox gözəl şəkildə açıb”.

 



Paylaş:


Müəllif : Tarix:
15-12-2021, 21:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər