Hökumət 193 manat ehtiyac meyarı yazdığı uşaqlara niyə 70 manat verir? - HƏQİQƏTƏN DƏ...
Başa çatmaqda olan 2021-ci ildə Azərbaycanda uşaqlar üçün ehtiyac meyarı 170 manat olub. Hökumət hesab edir ki, bu məbləğ uşaqların 1 ay ərzində qida, geyim, sağlamlıq kimi minimum ehtiyaclarını ödəyə bilər. Gələn il yanvarın 1-dən qüvvəyə minəcək yeni qanun layihəsində isə bu rəqəm artırılacaq. Belə ki, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən olunur.
RegionXəbərləri.com pressklub.az-a istinadən xəbər verir ki, hökumət ölkədəki qiymət artımlarını əsas götürərək, uşaqlar üçün ehtiyac meyarının miqdarını 23 manat artırıb. Əlbəttə, 193 manatın bir uşağın zəruri ehtiyaclarını ödəməsi xeyli mübahisəlidir. Qida, geyim, tibbi xərclərin səviyyəsini nəzərə alsaq, bu məbləği azı iki dəfə artırmaq lazım gəlir. Maddi vəziyyəti yaxşı ailələr uşaqlar üçün daha böyük vəsait xərcləyirlər, ölkə əhalisinin üçdə birinin isə 1 uşağa aylıq 193 manat xərcləməsi şübhə doğurur. Bunu statistik məlumatlara əsasən deyə bilərik. Məsələn, ölkədə muzdlu çalışan 1.7 milyon nəfərin təxminən 800 min nəfəri 400 manatdan aşağı əməkhaqqı qalır. Azərbaycanda orta aylıq maaş 712 manatdır, bu rəqəm də reallığı əks etdirmir. SOCAR və başqa dövlət qurumlarında 2-3 min manat maaş alanlarla kiçik əməkhaqqı alanların gəlirlərini toplayıb, ortaq rəqəm çıxarılıb. Hökumətin proqnozuna görə, maaş, pensiya, müavinət və əməkhaqqı artımlarından sonra Azərbaycanda orta aylıq gəlir 823 manata yüksələcək.
Ölkədə 5.3 milyon əmək qabiliyyətli vətəndaşın 1.7 milyonu muzdla çalışır, təxminən 1 milyona yaxın insan da özəl sektorda fəaliyyət göstərir. Hökumət qalan vətəndaşların əksəriyyətini də işsiz hesab etmir. Məsələn, adına pay torpağı olan 700 mindən artıq insan, ondan gəlir qazanıb-qazanmamasından asılı olmayaraq, işsiz hesab edilmir. Rəsmi məlumata görə, ölkədə 379 min nəfər işsiz qeydə alınıb ki, bu iqtisadi fəal əhalinin 7.2 faizini təşkil edib. Ortada təxminən 1.5 milyon nəfərin nə ilə məşğul olduğu, gəlirlərini necə formalaşdırdığı məlum deyil.
Qayıdaq əsas mövzuya. Bəs işsizlərin, daimi işi olmayanların, adı məşğul kimi göstərilsə də, faktiki gəlir əldə edə bilməyən yüz minlərlə vətəndaşın evlərində böyüyən uşaqlar necə yaşayır? Hökumətin təqdim etdiyi ehtiyac meyarı həddində yemək, geyib və tibbi xidmət əldə edə bilirmi? Təbii ki, sual ritorikdir, elə ailələr var ki, aylıq 200 manat gəliri olmur, o halda uşaqlara ondan nə düşə bilər? Ancaq çörəkpulu!…
2021-ci ilin iyul ayının statistikasına görə, Azərbaycanda üç uşaqlı ailələrin sayı 261.9 min təşkil edir. Hökumət bu ailələr üçün heç bir imtiyaz, dəstək vermir. Onların bütün xərcləri valideynlərin üzərindədir, onların böyük əksəriyyətinin gəlirləri isə yuxarıda təsvir etdiyimiz kimidir.
Hökumət yalnız 5-dən çox olan uşaqları olan ailələrə müavinət verir, o da qəpik – quruş. Bu il sentyabrın 27-də Nazirlər Kabineti “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda dəyişiklik edərək beş və daha çox uşaqlı qadınları çoxuşaqlı analar kimi tanıyıb.
Dekabrın 20-də Prezident İlham Əliyev “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Fərmana dəyişiklik etdi. Bu məbləğ hər uşağa görə 55 manatdan 70 manata qaldırıldı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, ölkədə beşdən çox uşağı olub sosial müavinət alan qadınların sayı 2500 nəfərə yaxındır, onların uşaqlarının sayı isə 10 mindir.
İndi gəlin uşaqlar üçün ehtiyac meyarı ilə çox uşaqlı ailələrə verilən məbləğin müqayisəsini aparaq. Minimum ehtiyac 170 manat, dövlətin verdiyi 55 manat. Gələn il 193 manat, dövlətin vəd etdiyi 70 manat. Təxminən 3 dəfəyə qədər fərq var. Yəni uşaqların saxlanması xərcinin əsas hissəsi yenə də ailələrin üzərinə qoyulur.
Azərbaycanda yaşı 18-ə çatmayan 2.7 milyondan çox uşaq var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, onların 600 min nəfəri müxtəlif sosial ödənişlər alırlar. Belə ki, bu kateqoriyaya sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, şəhid ailələrinin və müharibə əlillərinin uşaqları, beşdən çox uşağı olan qadınların uşaqları, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları,
Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan, yaxud vəfat etmiş valideynlərin uşaqları, valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqları daxildir.
Ötən həftə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bəyan etmişdi ki, uşaqpulu vermək üçün ildə 3 milyard manat lazımdır, ona görə, bu xərci çəkmək məqsədəuyğun sayılmır. Nazir 2045-ci ilə qədər demoqrafik göstəricilərin yüksək olacağını iddia etmişdi. Yəni doğum, artımı üstələyəcək. Amma real statistika nazirin dediyinin əskini göstərir. Məsələn, iqtisadçı Qubad İbadoğlunun hazırladığı cədvəldə 2009-2014-cü illərdə 1.011494 doğum, 324 904 ölüm qeydə alındığı göstərilir. 2014-2020-ci illərdə isə 876447 doğum, 357.267 ölüm təşkil edib. Rəqəmlərin müqayisə etdikdə doğum sayının 135.050 nəfər azaldığı, ölümlərin isə 32.363 nəfər artdığını məlum olur.
Son 5 ildə doğumun 135 min nəfər azalması əslində demoqrafik fəlakətin anonsudur. Uşaqların sayının azalması təbiidir, hökumət milyonlarla uşağı ailələrin, ailələri də Allahın ümidinə buraxanda, əlbəttə, belə acınacaqlı vəziyyət yaranacaq…
Paylaş:
Müəllif : Fuad
Tarix:27-12-2021, 08:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər