Qadağan olunmuş məmulatların açıq bazarı - Onlar niyə cəzalamdırılmır? - FOTO
Bildiyiniz kimi İnsanların sağlamlığına zərər yetirən, əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışı və istifadəsi qadağandır.
DİN pirotexniki məmulat satanlara mətbuat vasitəsilə dəfələrlə xəbərdarlıq edir və sərt tədbirlərin görülməsini bildirir.
Amma Sumqayıtdan sakinlərin Bakupost.az -a göndərdiyi fotolardan görünür ki, pirotexniki vasitələrin vasitələrin satışı açıq-aşkar həyata keçirilir.
Bildirilir ki, bu alver böyük supermarketlərin qarşısında, insanların sıx olduğu, gur axın etdiyi yerlərdə açıq şəkildə, günün günorta çağı açıq-aşkar, heç kimdən çəkinmədən həyata keçirilir.
Pirotexniki vasitələrin vasitələrin satışı açıq-aşkar, manesiz “Qold Qayalı”, Hiper Market”, “Ordubad” “Araz”, ”Elmar” marketin və digər əksər supermarketlərin qabağında müşahidə etmək olar.
Sakinlər bildirirlər ki, pirotexniki vasitələri satanlara qarşı heç bir tədbir görülmür.
Xatırladaq ki, Pirotexniki məmulatların satışı aşkar olunarkən həmin vasitələr satışdan çıxarılır, satışı ilə məşğul şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati xəta tərkibi haqqında protokol tərtib olunaraq baxılması üçün səlahiyyətli orqana – məhkəmələrə göndərilir.
Qeyd olunan maddənin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə fiziki şəxslər üçün 350 manatdan 500 manata qədər, vəzifəli şəxslər üçün 1600 manatdan 2500 manata qədər, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə inzibati cərimə nəzərdə tutulur.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-01-2022, 11:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər