ÖMÜRDƏN UZUN PENSİYA YAŞI... - “Hazırkı pensiya yaşı bizim cəmiyyət üçün çox yüksəkdir”
2022-ci ildə Azərbaycanda kişilərin pensiya yaşı həddi 65 yaş, qadınların isə 62,5 yaş olacaq. “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, 2017-ci ildən, qadınların pensiya yaşı həddi 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Yəni 2027-ci ildə qadınlar da kişilər kimi 65 yaşında pensiyaya çıxa biləcəklər.
Son illər infeksiya və xəstəliklərin artması ölkədə əhalinin orta ömür uzunluğunu azaldıb. Dövlət Statistika Komitəsinin(DSK) məlumatına əsasən, pensiya yaşına çatmadan vəfat edənlərin sayında artım müşahidə olunur. 2015-2020-ci illər ərzində 80 min 874 nəfər, 65 yaşına çatmadan vəfat edib.
2021-ci ilin statistikasına görə, Azərbaycanda 710 min nəfər yaşa görə pensiya alır ki, onlardan 39,6 faizi kişilər, 60,4 faizi isə qadınlardır. Yaşa görə pensiya alanların sayı son 5 ildə 153 min nəfər azalıb. Eyni zamanda qadınların pensiya yaşı həddinin hər il artırıldığını nəzərə alsaq, bu rəqəmin daha da artacağı istisna edilmir.
Milli Məclisin deputatı Fazil Mustafa “AzPolitika.info”ya şərhində bildirib ki, Azərbaycanda pensiya yaşı azaldılmaldır: “Çünki insanların əksəriyyəti pensiya imkanlarından yararlana bilmirlər. Bizdə səhiyyə xidmətinin səviyyəsi o qədər də yaxşı deyil. Əhalinin sağlamlıq problemləri kifayət qədər çoxdur. Ona görə də pensiya yaşı həddinin hər il hansısa şəkildə artırılması düzgün deyil. Hazırkı pensiya yaşı bizim kimi uzun müddət yaşamaq imkanları olmayan cəmiyyətlər üçün çox yüksəkdir. Elə etmək lazımdır ki, əhalinin böyük bir hissəsi pensiya imkanlarından yararlana bilsin. Ona görə də pensiya yaşının azaldılmasının tərafdarıyam. Xüsusilə, qadınların pensiya yaşı həddi azaldılmalıdır. Eyni zamanda bu yaşda olan insanlar üçün iş imkanları da yaratmaq lazımıdır. Azərbaycanda pensiya yaşının 60 və ya 63 olması daha məqsədəuyğundur”.
Qeyd edək ki, pensiya yaşına görə Azərbaycan dünya ölkələri arasında sonuncu pillələrdə qərarlaşıb. Əksər ölkələrdə pensiya yaşı 60-dır. Məsələn, Özbəkistan, Ukrayna və Türkiyədə 60 yaşı tamam olan şəxslər pensiyaya çıxa bilirlər. Rusiyada pensiya yaşı 60,5, Türkmənistanda 62, Belarusda 62,5, Tacikistanda 63, Moldovada 63, Qazaxıstanda 63, Ermənistanda 63, Gürcüstanda isə 65-dir. Dünyada ən yüksək pensiya yaşı Liviyadadır. Bu ölkədə pensiyaya çıxmaq üçün 70 yaşın tamam olması vacibdir. Ən aşağı pensiya yaşı isə Şri-Lankada (55 yaş), İndoneziyada (58 yaş), Nepalda (58 yaş), Banqladeşdə (59 yaş) qeydə alınıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov açıqlamasında bildirib ki, dünya təcrübəsində əsas tendensiya pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsidir: “Bir çox ölkələrdə pensiya yaşı həddi 65 və daha yüksəkdir. İnkişaf etmiş ölkələrin də bir çoxunda pensiya yaşı həddi 65-dən az deyil, bəzi ölkələrdə isə 67-dir. Pensiya yaşı həddi 65-dən az olan ölkələrdə isə mərhələli şəkildə artım aparılır. Pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi olduqca vacib amildir. Çünki uzunmüddətli maliyyə dayanıqlığının saxlanması, etibarlı pensiya təminatı bundan asılıdır. Azərbaycanda pensiya ödənişi üçün nəzərdə tutulan müddət orta hesabla 12 ildir”.
F.Talıbov qeyd edib ki, son illərdə humanist yanaşma nəticəsində pensiya təminatı proqramı genişləndirilib: “2019-cu ildən həyata keçirilən islahatlar nəticəsində vətəndaşların fərdi hesablarında kiçik məbləğdə pensiya kapitalı olsa da, onlara 25 il sosial sığorta stajı verilir və bundan sonra pensiya ala bilirlər. Bu cür humanist yanaşma dünyanın heç bir ölkəsində yoxdur. Əlavə olaraq yaşa görə pensiya və müavinət almaq üçün yaş hədləri 2020-ci ildə eyniləşdirilib. Pensiya yaşına çatan, lakin pensiya hüququ olmayan şəxslər yaşa görə sosial müavinətlə təmin edilirlər. Qanunvericilikdə güzəştli şərtlərlə vaxtından əvvəl pensiyaya çıxmaq üçün bir sıra kateqoriyalar da (beşdən çox uşağı olanlar, zərərli işlərdə çalışanlar və b.) nəzərdə tutulub. Bəzi şəxslər üçün isə ümumiyyətlə pensiya kapitalı tələb olunmur. Məsələn, birinci dərəcə əlilliyi olan şəxs pensiya kapitalı olmadan yalnız 5 il stajla pensiya hüququ əldə edir. Bəzi kateqoriyalarda (II və III dərəcə əlilliyi olanlar və başqaları) staj tələbi daha azdır. Belə güzəştli şərtlər nəticəsində əhalinin pensiya sisteminə əlçatanlığı artırılıb".
Paylaş:
Müəllif : Fuad
Tarix:14-01-2022, 15:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər