“İlk dəfə narkotiki anam mənə verdi” - VİDEO
Narkotik vasitənin təsirindən ayaqyalın, halsız vəziyyətdə küçənin ortasında uzanan 14 yaşlı oğlan danışıb.
RegionXəbərləri.com “İTV Xəbər Yekun”a istinadən xəbər verir ki, o, 8-ci sinifdə oxumalı olduğu halda heç məktəbə də getməyib, oxumağı, yazmağı bilmir. Deyir ki, ilk dəfə narkotik vasitəni ona iki il əvvəl doğma anası verib: “Anam pula görə öyrətdi”.
Yeniyetmə necə, hansı səbəbdən bu zərərli vasitədən asılı olduğunu bilmir. O, müsahibə zamanı ailədaxili məsələləri gizli saxlamağa, əsasən də anasını qorumağa üstünlük verib. Yeniyetmənin nitq problemi olması ona fikirlərini ifadə etməyə qoymur.
O, iki il əvvəl narkotikdən canını qurtarmaq üçün Narkoloji Dispanserdə müalicə də alıb. Müalicədən sonra düz 1 il ərzində heç bir zərərli maddədən istifadə etməyib. Ta ki, doğma əmisi yenidən onu bu yola çəkənə kimi. O əmisi ki, onu dilənçiliyə vadar edirdi. Qazandığı pulu isə həm anasına, həm də əmisinə verirdi. Özünün dediyinə görə, dilənçilik etmək istəmirdi, amma narkotikdən asılılığı onu bu yola məcbur edib. Əmisinə pul verirdi ki, bu zərərli maddəni əldə edə bilsin. İndi isə yenə müalicə üçün Narkoloji Dispanserdədir.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-01-2022, 15:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər