reklam
Regionxeberlericom.az » Araşdırma » Vətəndaşların müvəqqəti qeydiyyatı niyə ləğv olunur? - AÇIQLAMA - YENİLƏNİB

reklam

Vətəndaşların müvəqqəti qeydiyyatı niyə ləğv olunur? - AÇIQLAMA - YENİLƏNİB

















Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların müvəqqəti qeydiyyatının ləğvinin səbəblərini açıqlayıb.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, vətəndaşların polisin inzibati binalarından müvəqqəti qeydiyyatdan çıxarılaraq onların faktiki yaşayış yeri üzrə qeydiyyata salınması ilk növbədə həmin şəxslərin özləri üçün çox vacib olan bir hüquqi prosedurdur.

Onun sözlərinə görə, 2000-ci illərin əvvəllərində yaşayış yeri olmayan, məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarılan, mülkiyyət hüququnu təsdiqləyən sənədi olmayan evlərdə yaşayan və digər bu kimi koteqoriyadan olan şəxslər polisin inzibati binalarında müvəqqəti qeydiyyata alınırdılar: "Hazırki araşdırmalar göstərir ki, keçən dövrdə həmin şəxslərin bir çoxu sonradan müvafiq sənədləri olan evlərə, mənzillərə köçsələr də polisin inzibati binalarından qeydiyyatdan çıxarılmamış və ya bu barədə polis orqanlarına məlumat verilməmişdir. Ona görə də vətəndaş qeydiyyatı uçotunun dəqiqliyini təmin etmək, bu sahədəki pərakəndiliyi aradan qaldırmaq məqsədilə müvafiq tədbirlər həyata keçirilir".

DİN rəsmisi əlavə edib ki, bu hüquqi proseduru zəruri edən səbəblərdən biri də hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərdə inzibati binalarda qeydiyyatda olan şəxslərlə bağlı digər dövlər qurumlarından polis orqanlarına sorğular daxil olduqda həmin şəxsləri tapmaq çətinliyinin yaranmasıdır: "Artıq bu kateqoryadan olan vətəndaşlarımızın faktiki yaşayış yerlərinin və ya başqa ünvana qeydiyyata düşməyə imkanlarının olub-olmaması araşdırılır. Şəxsin faktiki yaşayış yeri və ya başqa ünvana qeydiyyata düşmək imkanı varsa, o polisin inzibati binasından qeydiyyatdan çıxarılaraq paralel olaraq olduğu yer üzrə qeydiyyata alınır. Bu prosedurun icrası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna uyğun şəkildə təmin edilir".

***09:42

Son günlər polis idarələrində müvəqqəti qeydiyyatda olan vətəndaşların qeydiyyatının ləğv edilməsi barədə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitəsilə və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, vətəndaşların müvəqqəti qeydiyyatlarının ləğv edilməsində məqsəd mövcud pərakəndəliyi aradan qaldırmaqdır: "Evlənmə-boşanma, hərbi səfərbərlik və ya digər məsələlərdə qeydiyyatda olan şəxslərlə bağlı polis idarəsinə sorğular daxil olanda bəzi "neqativ hallar" müşahidə olunurdu. Polisdə müvəqqəti qeydiyyatda olan adamları lazım olanda tapmaq çətinliyi yaranırdı. Hazırda görülən tədbirlərin də məqsədi bu cür halların qarşısının alınması üçündür.

DİN sözçüsü qeyd edib ki, heç bir yerdə qeydiyyata düşə bilməyən vətəndaşlar hazırda yaşadıqları ərazi üzrə polis idarəsinə müraciət edib yaşadıqları ünvanı bildirməlidirlər. Bu halda qeydiyyat məsələsinə təkrar baxıla bilər. //APA




Paylaş:


Müəllif : Tarix:
25-01-2022, 15:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər