10 MİNLƏRLƏ ŞAGİRDİ SAXTA MƏLUMATLARLA "ZƏHƏRLƏYƏNLƏR" KİMLƏRDİR? - Sensasiyalı faktlar
Dərsliklərdəki nöqsanlara kim cavabdehdir: Təhsil Nazirliyi, nəşriyyat, yoxsa müəlliflər?...
“Sözügedən dərsliyin istifadə müddəti 2022-2023-cü tədris ilində bitəcək. Bundan sonra həmin səhifənin yenilənmiş versiyası dərsliyə əlavə edilməsi üçün çap olunaraq məktəb kitabxanalarına göndəriləcək”.
Bu iki cümləlik açıqlama Təhsil Nazirliyinin 4-cü siniflərin rus dili dərsliyindəki 20 yanvar faciəsinin saxtalaşdırılmasına verdiyi reaksiyadır. Dərsliyin hazırlanmasında iştirak edən Təhsil Nazirliyi, “Şərq-Qərb” nəşriyyatı və müəlliflər heç nə olmamış kimi, cəmiyyətin haqlı etirazına məhəl qoymurlar.
Xatırladaq ki, həmin kitabın 20 yanvar hadisələrinə aid hissəsində Sovet ordusunun Bakını işğal etməsi real işğal, təcavüz faktı yox, Azərbaycan Xalq Cəbhəsinin “dağıdılması” əməliyyatı kimi qələmə verilib.
Şəhidlərinsə guya Sovet əsgərləri ilə AXC “döyüşçüləri” arasında gedən atışma nəticəsində həlak olduğu göstərilir: “Sovet ordusu Xalq Cəbhəsini dağıtmaq və hakim partiyanın hakimiyyətini xilas etmək üçün Bakıya hücum edib. Əsgərlərlə Xalq Cəbhəsinin döyüşçüləri arasındakı küçə döyüşlərinin gedişində dinc vətəndaşlar həlak olub…”
Hazırda ölkədə 340 rus məktəbində 130 minə yaxın şagird təhsil alır. Hər il 15 minə yaxın uşaq bu məktəblərdə 1-ci sinfə gedir. Kiçik bir hesablama nəticəsində bu kitabdakı saxta informasiyanın nə qədər şagird tərəfindən oxunduğunu bilmək olar.
Haqqında bəhs olunan kitab 2019-cu ildən tədris edilir. Hər il təqribən 15 min şagirdin 4-cü sinifdə təhsil aldığını nəzərə alsaq, 3 il ərzində 50 minə yaxın şagirdə 20 yanvar faciəsi ilə bağlı saxta, yalan bilgi verildiyi məlum olar. Təcrübədə sübut olunub ki, insanların uşaq vaxtlarında oxuduqları kitablar onların yaddaşına həkk olunur və həqiqət olaraq qəbul edilir.
Qeyd edək ki, təhsil müəssisələri üçün dərsliklərin hazırlanması, təsdiqlənməsi və nəşri qaydaları Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli qərarı ilə təsdiq olunub. Bu qərara əsasən, hazırlanan dərsliklər inkişafyönümlü, dəyəryönümlü, tərbiyəyönümlü olmalı və Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini qarşılamalıdır.
Dərsliklərin ümumi təhsil müəssisələrində istifadə edilməsi üçün Təhsil Nazirliyi tərəfindən qrif verilməli, yəni təsdiqlənməlidir. Təhsil Nazirliyi dərsliyi yoxlamaq və qiymətləndirməni həyata keçirmək üçün bu sahədə ən azı 10 ildən artıq pedaqoji təcrübəsi və ya elmi dərəcəsi olan 3 nəfər mütəxəssis cəlb edir. Dərslik 2 ay ərzində yoxlanılır və 100 ballıq şkala əsasında, müxtəlif meyarlar üzrə qiymətləndirilir. Daha sonra Nazirlik tərəfindən təsdiq olunmuş dərsliklər 5 tədris ili ərzində istifadəyə yararlı hesab olunaraq təhsil müəssisələrinə göndərilir.
Burdan aydın olur ki, dərsliyi yoxlayan və təsdiqləyən Təhsil Nazirliyi olduğundan, əsas məsuliyyət də bu qurumun üzərinə düşür. Belə çıxır ki, bu 3 mütəxəssis ya dərsliyi oxumadan təsdiqləyiblər, ya da bu rüsvayçı nöqsana bilərəkdən göz yumublar.
“Şərq-Qərb” nəşriyyatına gəlincə, bu qurumun AMEA prezidenti Ramiz Mehdiyevə məxsus olduğu bildirilir. Burada Təhsil Nazirliyinin rus dilində dərsliyin hazırlanması üçün bu nəşriyyatı seçməsi də olduqca maraqlı faktdır.
Qeyd edək ki, dərsliklərdəki nöqsanlarla bağlı qanunvericilikdə heç bir cəza tədbiri, sanksiya nəzərdə tutulmayıb.
Hüquqşünas Ceyhun Yusifov “AzPolitika.info”-ya bildirib ki, burada əsas cəzalandırma mexanizmi ictimai qınaqdır: "Hesab edirəm ki, dərsliklər hazırlanan zaman xüsusi komissiya yaradılmalı və bu işə nəzarət olunmalıdır. Komissiyanın müsbət rəy vermədiyi dərslik nəşr edilməməlidir. Digər bir məqam odur ki, dərsiyi yazanların da gərək vətəndaşlıq mövqeyi, milli ənənələrə bağlılığı yüksək səviyyədə olsun”.
Dərsliyin müəlliflərinə gəlincə, Bela Nuriyeva və Nigar Mustafazadə Nəsimi rayonu T.Həsənov adına 23 nömrəli orta məktəbin ibtidai sinif müəllimləridir. Hər iki müəllim Təhsil Nazirliyinin böyük diqqət göstərdiyi, “əl üstündə tutduğu” müəlimlərdəndir.
1968-ci ildə Bakı şəhərində anadan olan Bela Nuriyeva 1994-cü ildə Rusiyanın Omsk şəhərindəki OMSK dövlət universitetinin ibtidai təhsilin metodikası fakultəsini bitirib.
O, 2008-2013-cü illərdə Təhsil Nazirliyinin keçirdiyi “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. 2009-cu ildə isə Azərbaycan Respublikasının “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.
Nigar Mustafazadə də Təhsil Nazirliyi tərəfindən müxtəlif vaxtlarda mükafatlar, təşəkkürnamələr və hədiyyələr alıb. N.Mustafazadə 2013-2014-cü illərdə keçirilmiş “Ən yaxşı müəllim”müsabiqəsinin qaliblərindən olub və 5 min manat mükafat alıb.
Qeyd edək ki, Bela Nuriyeva və Nigar Mustafazadə 2021-ci ilin iyunun 24-də adlarının ilk iki hərflərini birləşdirərək, “BENİ” tədris mərkəzi təsis ediblər. Bu mərkəzdə müəyyən məbləğ qarşılığında 5-7 və 8-11 yaşlı uşaqlara rus dili dərsindən hazırlıqlar keçirilir. Görəsən, dərslikdə ciddi nöqsana yol verən bu müəllimlər, tədris mərkəzində də 20 yanvar faciəsini uşaqlara təhrif edilmiş formada çatdırırlar?
Problemlə bağlı Təhsil Nazirliyinə bir daha müraciət edərək konkret suallar ünvanladıq: “Dərsliyin nəşri üçün müsbət rəy verən ekspertiza qrupu ilə səhvin necə baş verdiyi araşdırılıbmı? Pedaqoji qurum bu kitabı neçə balla qiymətləndirib?”
Qurumdan aldığımız cavab həmişəki kimi iki cümlədən ibarət oldu: "Dərsliklər nəşriyyatlar tərəfindən hazırlanır və bir neçə mərhələdən ibarət ekspertizadan keçir. Bu zaman dərsliyə mütəxəssislər, müvafiq elmi-pedaqoji qurumlar qiymət verir. Dərslik layihələri ictimaiyyətin müzakirəsi üçün tims.edu.az saytında yerləşdirilir. Sözügedən dərsliyin istifadə müddəti 2022-2023-cü tədris ilində bitəcək. Həmin səhifənin yenilənmiş versiyası dərsliyə əlavə edilməsi üçün çap olunaraq məktəb kitabxanalarına göndəriləcək”.(Azpolitika)
Paylaş:
Müəllif : Fuad
Tarix:25-01-2022, 19:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər