reklam
Regionxeberlericom.az » Araşdırma » Birinci Qarabağ müharibəsində itkin düşənlərin sayı açıqlandı

reklam

Birinci Qarabağ müharibəsində itkin düşənlərin sayı açıqlandı















Birinci Qarabağ müharibəsindən bu günə qədər Azərbaycanın 3 890-a yaxın vətəndaşı itkin sayılır.

Bunu açıqlamasında Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.

O bildirib ki, itkinlərin taleyi ilə bağlı Azərbaycan tərəfi illərdir beynəlxalq səviyyədə iş aparır.

“Təəssüflər olsun ki, Ermənistan tərəfi beynəlxalq çağırışlara məhəl qoymayaraq beynəlxalq faktaraşdırıcı missiyanın o zaman işğal altında olan Azərbaycan torpaqlarına girməsinə və bu məsələni araşdırmasına imkan vermirdi. Amma Azərbaycanın Baş Prokurorluğu, Hərbi Prokurorluğu, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qırmızı Xaç Komitəsiylə birlikdə genişmiqyaslı iş aparıb. İtkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji test və DNT nümunələri götürülüb ki, gələcəkdə aşkar olunacaq cəsədlərin eskumasiyası zamanı onların şəxsiyyətləri müəyyənləşdirilsin. Bu illər ərzində Azərbaycanın müxtəlif bölgələrində naməlum məzarlıqlar aşkar edilb. Onların eskumasiyası həyata keçirilib. İkinci Qarabağ müharibəsində Azərbaycan öz torpaqlarını azad etdikdən sonra axtarışlar daha da aktiv fazaya keçdi. Azad edilən ərazilərdə tikinti-abadlıq, minatəmizləmə işləri aparılan zaman naməlum kütləvi məzarlıqlar aşkar edildi. İndiyə kimi saxlanılan DNT bankından bioloji nümunələrlə uzlaşdırılaraq həmin cəsədlərin kimlikləri müəyyənləşdirilir.

Kəlbəcərin Ballıqaya ərazisində ötən il kütləvi məzarlıq aşkar edilib. Növbəti belə məzarləq Şuşanın Daşaltı kəndində aşkarlanmışdır. 1992-ci ilin 25-26 yanvarında uğursuz Daşaltı əməliyyatı zamanı 90-a yaxın azərbaycanlı həyatını itirmişdir. Onlardan 30 nəfərə yaxını itkin düşmüş sayılırdı və onların şəxsiyyətini müəyyənləşdirmək mümkün olmamışdı. Ötən ilin fevral ayında Daşaltı kəndində həyata keçirilən axtarış tədbirləri nəticəsində naməlum cəsəd qalıqları aşkar edilib və onlar məhkəmə tibbi-ekspertizaya götürülüb. Onların şəxsiyyətinin dəqiqləşdirilməsi ilə bağlı hazırda işlər aparılır”, – deyə Ə.Şahidov bildirib./Trend




Paylaş:


Müəllif : Tarix:
26-01-2022, 22:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər