reklam
Regionxeberlericom.az » Araşdırma » Bakıya “İsgəndər” raketlərinin atılmasını biz niyə rəsmi mənbələrdən eşitmirik? - HƏQİQƏTƏN DƏ...

reklam

Bakıya “İsgəndər” raketlərinin atılmasını biz niyə rəsmi mənbələrdən eşitmirik? - HƏQİQƏTƏN DƏ...















“Hakimiyyət “İsgəndər M” raketlərinin Azərbaycanın paytaxtına, dinc əhaliyə qarşı atılmasını rəsmi şəkildə gündəmə gətirə bilməz. Bu Rusiya ilə münasibətlərin tamamilə korlanması, hətta Gürcüstan-Rusiya münasibətləri səviyyəsinə düşməsi anlamına gələr”. DİA.AZ xəbər verir ki, bu sözləri siyasi şərhçi Ərəstun Oruclu Amerikalı analitik Maykl Doran Azərbaycan Diplomatik Akademiyasının jurnalında Bakıya “İsgəndər” raketinin atılması ilə bağlı yazdığı məqaləni PİA.az-a şərh edərkən qeyd edib.

Amerikalı analitik Maykl Doran Azərbaycan Diplomatik Akademiyasının jurnalında Bakıya “İsgəndər” raketi atılması ilə bağlı sensasion məqalə yazıb.

O xatırladıb ki, Ermənistanın strateji silah arsenalına Moskvanın nəzarət etdiyini xatırladıb. Yəni, ermənilər “İsgəndər-SS-26"i müstəqil şəkildə istifadə edə bilməzdilər. ”Ola bilsin rus komandanlıq iyerarxiyasında çox yüksək səviyyəli biri, bəlkə də elə Putinin özü hücuma “xeyir-dua” verib. Böyük ehtimalla, həmin şəxs hətta bunu etməyi ermənilərə əmr edib. Çox etibarlı mənbələrdən bizə məlumdur ki, raket atışı və ya atışları 8 və ya 9 noyabr 2020-ci ildə baş verib. Məlumdur ki, hərbi əməliyyatların dayandırılması haqqında bəyanat Azərbaycan, Rusiya və Ermənistan tərəfindən 2020-ci il noyabrın 9-da axşam saatlarında imzalanıb və 10 noyabr 2020-ci il tarixindən qüvvəyə minib. Yəni atış və ya atışlar müharibənin son saatlarında, Putin atəşkəsə vasitəçilik etdiyi vaxt baş verib. Bu, belə demək mümkünsə, Putinin danışıqlara “əsas töhfəsi” idi".

Müəllifin fikrincə, döyüş meydanındakı vəziyyətin qısa təsviri onun motivlərini ortaya qoyur.

Belə bir məlumat cəmiyyətdə çoxdan dolaşsa da, bu barədə heç bir rəsmi açıqlama olmayıb. Ümumilikdə amerikalı analitikin iddilarını necə dəyərləndirmək olarvə nəyə görə Azərbaycanın paytaxtına, yəni dinc əhaliyə qarşı kütləvi qırğın silahı olan ballistik raketdən istifadə olunması ilə bağlı məlumatları biz rəsmi mənbələrdən deyil, amerikalı analitikin dilindən eşidirik?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Azərbaycan-Rusiya münasibətlərində gərginliyin müşahidə edildiyini nəzərə çatdıran siyasi şərhçi PİA.az-a bildirib ki, bu artıq açıq müstəvidə müşahidə olunur:

“Əslində bu məqalə çox sensasion məqalədir. Çünki Diplomatiya Akademiyası birbaşa İlham Əliyev və Mehriban xanımın ailəsinə bağlı ali təhsil ocağıdır. Bu təhsil ocağının jurnalında belə bir məqalə dərc olunursa, bu bizim də bir ildən artıqdır dediyimiz faktı təsdiqləyir. Mən dəfələrlə özüm bu barədə danışmışam. Həmçinin beynəlxalq media da bu barədə yazıb. Bunların hamısı artıq zaman keçdikcə müxtəlif mənbələrdə daha geniş şəkildə tirajlanır.

Məlumdur ki, “İsgəndər M” raketləri yalnız Rusiya ordusunun sərəncamındadır. Eksport olunan İsgəndər rektləri dünyada yalnız iki ölkəyə ixrac olunduğu deyilir. Bu ölkələrdən biri də Ermənistan, digəri isə Əlcəzairdir. Sonradan isə məlum oldu ki, “İsgəndər”raketlərini təkcə Ermənistan alıb. Daha sonra da bilindiki ki, “İsgəndər M” raketlərinin eksport variantı heç yoxdur. Bəlkə Ermənistana da “İsgəndər E” deyil, Rusiya orudusunun sərəncamında olan “İsgəndər M” raketləri verilib.

Sadəcə olaraq Rusiya eksport variantı olan “İsgəndər E” raketlərindən istifadə etmək üçün Ermənistana guya eksport etdiyini sənədləşdirib. Amma mən düşünürəm ki, bu silahdan Rusiya istifadə edib. Çünki Şuşa azad edildikdən sonra iki “İsgəndər M” reketinin Şuşaya atılması barədə də məlumat var. Ermənistanın Rusiyadan icazəsiz İsgəndər raketlərindən istifadə etməsinə mən inanmıram.

Azərbaycan-Rusiya münasibətlərində gərginlik müşahidə edilir. Bu artıq açıq müstəvidə müşahidə olunur. İlham Əliyev də son müsahibəsində sülhməramlılardan narazılığını çox ehtiyyatlı, yumşaq şəkildə dilə gətirdi. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü səviyyəsində də prezindentə cavab verilməsi düşünürəm ki, Azərbaycana və İlham Əliyevə qarşı aşağılayıcı münasibət idi və Kreml bu kimi üsullardan çox tez-tez istifadə edir. Digər tərəfdən isə Rusiya sərt bir reaksiya verərək bildirdi ki, bölgəyə kimin gəlib getməsini rus sülhməramlıların komandanlığı tənzimləyir və Bakı bunu bilir.

Yəni Rusiya Azərbaycana eşitdirdi ki, nə etmişik sizin razılığınızla etmişik. Düzdür, mən inanmıram ki, Azərbaycan hökuməti ərazilərimizə İsgəndər “İsgəndər M” raketlərinin atılmasına razılıq verib. Hesab edirəm ki, Putin bu raketləri Bakıya və Şuşaya Azərbaycanı üçtərəfli bəyanatı imzalamağa və Xankəndinin işğaldan azd olunmasının qarşısını almaq üşün atıb. Yəni onlar bu raketləri təhdid kimi atılblar. Amma əgər sülhməramlıların özbaşınalığının Azərbaycanın suverenliyinə qəsddən, orada Azərbaycana təhdid kimi keçirilən təlimləri İlham Əliyev bir kənara qoyub, hansısa xaricilərin Azərbaycandan razılıq almadan ölkə ərazisinə buraxılmasından danışırsa, deməli Azərbaycan Rusiya qarşısında olduqca zəif durumdadır.

Buna görə də hesab edirəm ki, hakimiyyət “İsgəndər M” raketlərinin Azərbaycanın paytaxtına, dinc əhaliyə qarşı atılmasını rəsmi şəkildə gündəmə gətirə bilməz. Bu Rusiya ilə münasibətlərin tamamilə korlanması, hətta Gürcüstan-Rusiya münasibətləri səviyyəsinə düşməsi anlamına gələr və təbii olaraq Azərbaycan hakimiyyəti Rusiya ilə körpüləri yandırmaqdan çəkinir. Ona görə də onlar məlumatı bu şəkildə dünyaya və xalqa çatdırırlar. Yəni düşünürəm ki, məqalə siyasi hakimiyyətin razılığı ilə dərc olunub . Başqa cür də ola bilməz. Bu da Rusiya-Azərbaycan münasibətlərinin gərgin olmasından xəbər verir”.




Paylaş:


Müəllif : Tarix:
31-01-2022, 11:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər