reklam
Regionxeberlericom.az » Araşdırma » Bakıda ərini öldürən qadının qonşuları danışdı - VİDEO

reklam

Bakıda ərini öldürən qadının qonşuları danışdı - VİDEO

















Bakıda Sabirabad sakini 32 yaşlı Elşən Hadızadəni həyat yoldaşı, 31 yaşlı Gülnar Vəlizadə münaqişə zamanı bıçaqlayıb. Kişi xəstəxanaya aparılarkən yolda qanaxmadan ölüb. Ağır cinayət ötən gün paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib. Rayon prokurorluğun yaydığı məlumatda bildirilir ki, tərəflər arasında mübahisə ailə münaqişəsi zamanı baş verib.

RegionXəbərləri.com  "xəzər xəbər"ə istinadla xəbər verir ki, qonşular insidentin baş verdiyi ailəni sakit və mehriban ailə kimi xatırlayırlar. 

Onların sözlərinə görə, ailə 2 ildən çox olarmış ki, həmin ünvandan ev alıb mehriban yaşayırmış. Elşən Hadızadə usta, həyat yoldaşı Gülnar Vəlizadə isə evdar qadın olub. Qeyd edək ki, ailənin 2 azyaşlı övladı da var.

Rayon prokurorluğundan verilən məlumata görə, hadisə ilə bağlı aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində Elşən Hadızadənin həyat yoldaşı, Gülnar Vəlizadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb. Qadın şübhəli şəxs qismində saxlanıb. Məlumatda bildirilir ki, hadisə ailə münaqişəsi zamanı baş verib. Fakta görə, Suraxanı rayon prokurorluğunda ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb.




Paylaş:


Müəllif : Tarix:
1-02-2022, 09:12
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər