reklam
Regionxeberlericom.az » Araşdırma » “Nazirlik və TƏBİB COVID-19-u qəsdən yayır” – Tanınmış hüquqşünas

reklam

“Nazirlik və TƏBİB COVID-19-u qəsdən yayır” – Tanınmış hüquqşünas



















“Həyat yoldaşım 5 gündür COVID-19-a yoluxub, lakin aidiyyəti qurumlar gəlib test götürmürlər”.

Bu barədə media eksperti, hüquqşünas Ələsgər Əhmədoğlu sosial şəbəkədə yazıb.


O, Səhiyyə Nazirliyinin və TƏBİB-in ünvanına ağır ittihamlar səsləndirib:

"Səhiyyə Nazirliyi və TƏBİB qəsdən ölkədə COVID-in yayılması ilə məşğuldur. Şənbə günü yoldaşım yüksək temperaturla xəstələnəndə dərhal şübhələndim və 814 qaynar xəttinə zəng elədim. Lakin götürən olmadı.
Sahə həkiminə (39 saylı poliklinika) zəng edib vəziyyəti izah etdim. Test götürülməsini istədim. Həftə sonu olduğundan işləmədiklərini bildirdilər və “Bununla bağlı yalnız qaynar xəttə zəng edin” dedilər.

TƏBİB-in qaynar xəttinə - 1542-yə zəng etdim. Xeyli gözlədikdən sonra operator bildirdi ki, Bakı şəhərinə Səhiyyə Nazirliyi məsuliyyət daşıyır.

Mən hər ehtimala qarşı aptekə gedib COVID testi aldım və testin nəticəsi pozitiv çıxdı.

Bu nəticələrlə bazar günü təkrar 1542-yə və 814-ə zəng edərək vəziyyəti izah etdim, xəstənin COVID testinin əslində pozitiv olduğunu, belə halda 1-ci gün məktəbə dərsə gedərsə, hər kəsi yoluxdura biləcəyini bildirdim. Bir tərəfdən də məktəb haqlı olaraq “Rəsmi portalda qeydiyyat yoxdursa, dərsə gəlməlisən” deyir.

Yenə sahə həkimi ilə əlaqə saxladım, aptekdən alınan testin nəticəsini, işlədiyi məktəbin ünvanını, ev ünvanını və s. zəruri bilgiləri göndərdim. Xəstənin COVID olduğunu dedim və belə halda çölə çıxmasının həm mənəvi, həm hüquqi məsuliyyət yaratdığını dedim. Xahiş etdim ki, gəlib test götürsünlər.

Cavab bu oldu: “Biz Səhiyyə Nazirliyinə məlumat verəcəyik, müraciət edənlər çoxdur, bəlkə 2 günə gələrlər”".

Ə.Əhmədoğlu 5 gündür bu vəziyyətin davam etdiyini qeyd edib:

“5 gündür şəxsin COVID olduğu bilindiyi halda bu rəzalət davam edir. Ölkədə COVID-i məhz bu səhiyyə sistemi sürətlə yayır. Həm də bunu qəsdən edir. Mənim bu yaşadıqlarım buna şübhə yeri qoymur. COVID-19 xəstəsi müəllimini qeydə almayıb, məktəbə, işə məcburi davam etməyə sövq edərək”.



Paylaş:


Müəllif : Tarix:
2-02-2022, 19:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər