reklam
Regionxeberlericom.az » Araşdırma » Sabiq hakimlər barəsində cinayət təqibi ilə bağlı prosedur müəyyənləşib

reklam

Sabiq hakimlər barəsində cinayət təqibi ilə bağlı prosedur müəyyənləşib


















Sabiq hakimlər barəsində cinayət təqibi ilə bağlı prosedur müəyyənləşib.

Bu barədə Konstitusiya Məhkəməsi Plenumunun bu gün keçirilən iclasında qərar qəbul olunub.

Fərhad Abdullayevin sədrliyi ilə baş tutan yığıncaqda Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Konstitusiyanın 128-ci maddəsinin “Məhkəmələr və hakimlər haqqında” qanunun 100-cü, 101-ci maddələri və Cinayət-Prosessual Məcəlləsinin 53.1.5-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin - Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın və Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin və mütəxəssislər Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri H.Nəsibovun mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri F.Abbasovanın rəyini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Konstitusiyanın 128-ci maddəsinin II hissəsinin mənasına görə, Məhkəmə-Hüquq Şurasının və ya Konstitusiya Məhkəməsinin cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməməsinə (təqdimatın rədd edilməsinə) dair qərarı hakim barəsində cinayət təqibinin həyata keçirilməsini istisna edir.

Bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq, Məhkəmə-Hüquq Şurasının və ya Konstitusiya Məhkəməsinin hakim barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməməsinə (təqdimatın rədd edilməsinə) dair qərarı əsasında Cinayət-Prosessual Məcəlləsinin 53.1.5-ci və 53.3-cü maddələri ilə nəzərdə tutulmuş qaydada dayandırılmış cinayət təqibi üzrə icraata xitam verilməsinin tənzimlənməsi Milli Məclisə tövsiyə olunsun.

Cinayət Məcəlləsinin 295-ci maddəsi ilə nəzərdə tutulmuş bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarma halları istisna olmaqla, hakim həm səlahiyyəti dövründə, həm də səlahiyyətinə xitam verildikdən sonra fəaliyyətinə, qəbul etdiyi qərarlarda ifadə etdiyi mövqelərə, səsverməyə, söylədiyi fikrə görə hüquqi məsuliyyətə cəlb oluna, ondan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz.

Hakimin səlahiyyətlərinə xitam verildikdən sonra aşkar edilən, lakin onun səlahiyyəti dövründə törədilən cinayət əməlinə görə (funksional toxunulmazlıq ilə bağlı hallar istisna olmaqla) sabiq hakim barəsində cinayət təqibi ümumi əsaslarla Azərbaycan cinayət-prosessual qanunvericiliyinə əsasən həyata keçirilir və bu zaman Məhkəmə-Hüquq Şurasının və ya Konstitusiya Məhkəməsinin razılığı tələb olunmur.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.




Paylaş:


Müəllif : Tarix:
2-02-2022, 20:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər