reklam
Regionxeberlericom.az » Araşdırma » Kəlbəcərə yük daşıyan azərbaycanlı sürücü: “Gedəndə də açdırıb baxdılar, gələndə də”

reklam

Kəlbəcərə yük daşıyan azərbaycanlı sürücü: “Gedəndə də açdırıb baxdılar, gələndə də”













Azərbaycana məxsus yük maşınlarının rus sülhməramlı kontingenti ilə yanaşı Qarabağda separatçıların polis uniformasını geyinən bir şəxs tərəfindən də yoxlanılması videosu narazılıq yaradıb.

Cümə axşamı günü Rusiya Müdafiə Nazirliyinin rəsmi internet saytında yerləşdirilmiş videoda görünür ki, üzərində Azərbaycan telefon nömrələri və latın hərfləri ilə "Qarabağ" sözü yazılmış bir yük maşını saxlanaraq yoxlanılır.

Yoxlamada sülhməramlılara məxsus formada olan iki nəfərlə yanaşı əynində Qarabağdakı separatçılara məxsus polis geyimi olan bir kişi də iştirak edir.

Yoxlanmış yük maşınının aid olduğu yerli şirkətlərdən biri baş verənləri BBC News Azərbaycancaya təsdiqləyib.

Siyasi şərhçi Şahin Cəfərli baş verənləri "Azərbaycanın suveren hüquqlarının kobud şəkildə pozulması" kimi qiymətləndirir.

Azərbaycan hökuməti məsələ ilə bağlı hələ ki, reaksiya verməyib.

Lakin millət vəkili Aydın Mirzəzadə BBC News Azərbaycancaya deyib ki, hökumət orqanları video ilə bağlı araşdırmalara başlayıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, video Azərbaycana məxsus 20-yə yaxın yük maşınının daxil olduğu iki kortejin Suqovuşan-Qızqala-Vəng istiqamətində və əksinə hərəkəti zamanı çəkilib.




Paylaş:


Müəllif : Tarix:
3-02-2022, 22:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər