“Hansı məntiqlə məmurlar 220 minlik maşın almalıdır?” – Ekspertdən etiraz
“Kəlbəcər Rayon İcra Hakimiyyəti qurumun aparatı üçün Mercedess Benz S350 model minik avtomibilinin alınması üçün tender elan edib. Avtomobilin yeni modelinin satış qiyməti 130 min dollardan (221 min manat) başlayır. Təbii ki, bu yalnız Kəlbəcər icra başçısına tanınan hüquq deyil - hər bir rayonun icra başçısı eyni və ya oxşar avtomobildən istifadə edir”.
Bunu iqtisadçı ekspert Qadir İbrahimli deyib. O, bildirib ki, Azərbaycanda 77 rayon, 11 respublika tabeli şəhər (Bakı, Gəncə, Xankəndi, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax + Naxçıvan MR-in mərkəzi Naxçıvan şəhəri) var.
“Sadə hesablama ilə bəlli olur ki, 88 rayon və şəhər icra başçılarının təkcə xidməti avtomobilinin toplam dəyəri 19,5 milyondur. Buraya avtomobillərə xidmət xərclərini nəzərə alsaq məbləğ daha da artır. Ancaq siyahı təkcə icra başçları ilə qapanmır. Hər bir icra başçısının ən azı 2-3 müavini var.
Düzdür, müavinlərin xidməti avtomobili yəqin ki, bir qədər ucuz olar, ancaq istənilən halda ən azı başçının avtomobilininin dəyərinin yarısı qədər olar. Ən minimal hesablamalarla icra başçıları və onun müavinlərinin xidməti avtomobillərinin toplam dəyəri 50 milyonu ötür”.
Q. İbrahimli qeyd edib ki, bundan başqa, Nazirlər Kabinetinin tərkibinə 33 mərkəzi icra hakimiyyəti orqanı (nazirlik, dövlət komitəsi və xidməti, agentlik) daxildir. “Təbii ki, nazirlərin avtomobilləri icra başçılarından ucuz deyil. 33 mərkəzi icra hakimiyyəti başçısının xidməti avtomobilinin dəyəri ən azı 10 milyon manata yaxındır. Nazir müavinlərinin, baş idərə rəislərinin bahalı avtomobillərinin dəyərini də nəzərə alsaq, bu məbləğ bir neçə dəfə artmış olacaq. Üstəlik də bahalı avtomobillərə xidmət xərcləri də yüksək olur və büdcəyə yüklənir.
Təbii sual yaranır - hansı məntiqlə məmurlar büdcə vəsaiti hesabına belə bahalı avtomobillərlə təmin edilməlidir? Minimum əmək haqqı 250, orta aylıq əmək haqqı isə 581 manat olan ölkədə məmurların 220 minlik xidməti avtomobildən istifadə etməsi absurddur.
Heç inkişaf etmiş ölkələrin nazirləri belə bahalı avtomobildən istifadə etmir. Yaxşı olar ki, məmurlar 10 dəfə ucuz, dəyər 15-29 min manat olan xidməti avtomobildən istifadə etsinlər, qənaət olunan vəsait hesabına isə aztəminatlı ailələrə uşaq pulunu bərpa etmək olar. Bu həm ciddi bir sosial layihə olar”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:30-06-2019, 21:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:30-06-2019, 21:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48