“Tərtər işi”nə görə ittiham olunan polkovnikin cəzası yüngülləşdirildi
Tərtər hadisələrində adı hallanan N saylı hərbi hissənin komandiri, polkovnik V.Ə. ilə bağlı Ali Məhkəmə yekun qərar çıxarıb.
RegionXəbərləri.com Kriminalqafqaza-a istinadən xəbər verir ki, polkovnik tabeliyində olan şəxsləri təhqir etməkdə, döyməkdə, işgəncə verməkdə ittiham edilib.
Belə ki, o, 2017-ci ildə Tərtərdə yerləşən N saylı hərbi hissənin komandiri olarkən MAXE-lərdən birinin düşmən mövqeləri ilə arada yerləşən istiqamətdən gəlməsini görüb, onun erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq edə biləcəyinə dair şübhələri yaranıb. Daha sonra məsələni komandirin hüquq işləri üzrə köməkçisi, ədliyyə mayoru F. A. araşdıraraq Tərtər Hərbi Prokurorluğuna göndərib.
3 may 2017-ci ildə həmin MAXE dövlətə xəyanətdə ittiham olunaraq, barəsində Cinayət Məcəlləsinin (CM) 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb. İstintaq zamanı digər hərbi qulluqçuların da eyni əməli törətmələri barədə məlumatların araşdırılması üçün V. Ə. əlaqələndirici məsul şəxs təyin edilib.
İttihama görə, o, səlahiyyəti olmadığı halda dövlətə xəyanət etməkdə şübhəli bilinən hərbi qulluqçularla bağlı qanunsuz hərəkətlər etməkdə təqsirləndirilir.
V.Ə. hərbi hissə komandiri kimi şübhələndiyi hərbçiləri adətən əllərini və ayaqlarını naqillə bağlatdırıb, başlarına torba keçirilmiş vəziyyətdə dindirilmə məntəqəsinə göndərib. Beləliklə, o, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan 13 nəfəri təhqir edib, döyüb, işgəncə verib, habelə onlardan bir neçəsi barədə xidməti uyğunsuzluq haqqında fikir formalaşdırıb. Həmin hərbçilərin ordu sıralarından tərxis edilməsinə nail olaraq bununla da qulluq səlahiyyətini aşıb.
Tərtər Hərbi Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli hökmü ilə ona elan edilmiş qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə ittihamları sübuta yetirilmədiyindən bu maddələr üzrə komandirə bəraət verilib.
Polkovnik Cinayət Məcəlləsinin 331.2-ci, 331.3 (Hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 341.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirli bilinərək barəsində CM-in 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq edilməklə 5 il müddətə azadlığın məhdudlaşdırılması cəzası və 1000 manat cərimə təyin edilib.
V.Ə. Tərtər Hərbi Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib. Apellyasiya Məhkəməsi onun üzərindən azadlığın məhdudlaşdırılması cəzasını götürüb.
Sabiq komandirin əməli CM-in 329-cu (Tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər) maddəsinə tövsif edilib və o, ümumilikdə 3500 manat miqdarında cərimə olunub. O, bu qərarla da razılaşmayaraq kassasiya şikayəti verib.
O, şikayətini belə əsaslandırıb ki, şübhəli hərbçiləri F. A.-nın tələbi əsasında sorğu-sual məntəqəsinə göndərib. O, həmin şəxslərin qaçmasının, özlərinə və digərlərinə xəsarət yetirilməsinin qarşısının alınması barədə ədliyyə mayorundan aldığı təlimata əsasən, təhlükəsizlik baxımından həmin şəxslərin əl-qollarını və gözlərini bağlatdırıb göndərdiyini, bununla bağlı istintaq qrupundan heç bir irad eşitmədiyini deyib.
Ali Məhkəmə ona verilmiş ittihamın hərbçiləri tapşırılan yerə göndərilməsinə görə deyil, tabeliyində olan şəxsə zor tətbiq etməsi ilə bağlı olduğu qənaətinə gəlib. Polkovnikin kassasiya şikayəti təmin edilməyib.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-02-2022, 23:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər