reklam
Regionxeberlericom.az » Araşdırma » Gəncə Dövlət Universitetində biabırçılıq davam edir...

reklam

Gəncə Dövlət Universitetində biabırçılıq davam edir...















Asif Cavadov – Gəncə Dövlət Universitetinin rektorunun baş müşaviri, nə siyasi, nə mənəvi, nə də elmi keyfiyyətləri ilə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibova yaxın olmayan biridir. Lətifədə olduğu kimi, "milçək təsadüfən qatığa düşdüyü kimi", Asif Cavadovun da bura gəlməsi Gəncə Dövlət Universitetinə digər ali təhsil müəssisəsindən mədəni qaydada qovulmasının nəticəsi olmuşdur.

Mütərəqqi inkişafın demokratik yoluna qədəm qoymuş Azərbaycanda Heydər Əliyev tərəfindən aparılan güclü islahatlar cəmiyyətimizin bütün sferalarını əhatə etmişdir, o cümlədən də ali təhsili. Azərbaycan Texnologiya Universitetində aparılan islahatlar professor-müəllim heyəti qarşısında müasir tələblər qoydu. Bir sıra əməkdaşlar yeni tələblərə cavab verməyəcəklərini başa düşdülər. Həmin məkanda Asif Cavadov “moşennik” mövqeyini itirməklə Gəncə Dövlət Universitetinə keçid aldı və burada kök atmağa başladı.

Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin kütləvi tədbirdə mikrafona Asif Cavadov haqqında dediyi sözlər yalnız sadə insanları dəhşətə gətirdi. Cənab başçı onun dərin “fəlsəfə” açmaq həvəsini görəndə, belə ki, Asif Cavadov özünü təmiz insan olaraq təqdim edirdi, qısaca dedi: “Kəs səsini, rüşvətxorun yekəsisən, mənə dərs demisən, ancaq sənə müəllim və böyük olaraq müraciət etmərəm! Sən kimsən ki, özünü burada ağsaqqal olaraq təqdim edirsən?!”

Bir çoxlarının telefonlarında olan “getcontact” proqramında onun adına yazımış “teg”lərə nəzər yetirsək, elin tərəzi gözünün süzgəcindəkiləri görüb dəhşətə gəlməmək olmaz. O qədər nalayiq sözlərdə Asif Cavadov fenomeni səciyyələndirilib ki....

İnsanın siyasi mövqeyi təxminən əqli dövrə qədəm qoyduğu zamandan formalaşmağa başlayır. Ümumiyyətlə, siyasi əqidənin olması adekvat insana məxsusdur. Bu da nə Asif Cavadova, nə də ki onun ömür-gün yoldaşı və “silahdaşı” Zümrüd Şirinovaya aid ola bilməz. Bu cütlük zamanın nəbzini tutmaqda çox mahir olduğundan zamanında öz hoqqalarını siyasi məkanda nümayiş etdirmək məqsədilə Azərbaycan Liberal Partiyasında aktivlik göstərmişdir. Həyat çox gözəl və dəqiq olaraq kimin kim olduğunu bizlərə göstərir. Əminliklə demək olar ki, Asif Cavadov üçün müxalif mövqedə belə kişi kölgəsi tapılmadı, ən sonda gedib Lalə Şövkətə sığındı. Bu Asif Cavadovun cəmiyyət içərisində “kişi mövqeyinin” bir daha nümayişidir.

Məclislərin birində öz sədaqətini partiya üzvlərinə nümayiş etdirməklə ulu öndərimiz Heydər Əliyevin şəklini ayaq altına atmaqla rəqs etmişdir

Asif Cavadov Gəncə Dövlət Universitetində layiq olmadığı tərbiyə işləri üzrə prorektor vəzifəsini tutduğu zaman həmişə olduğu kimi hər bir fürsətdən məharətlə istifadə edərək “pul qırırdı”. Xadimənin balaca bir zibil qırıntısını unutduğu halda onu hədələməsi, pul istəməsi və s. Bir gün dəhlizdə gənc – tələbə oğlanın əlində siqaret görən prorektor, onu otağına çağırır və atası gəlib onu görmədiyi halda, tələbənin başı ağrıyacağını bildirir. Bu zaman digər tələbə yoldaşları “tərbiyəli prorektordan” xahiş edərək, bağışlamasını istəyirlər, “tövbə edirlər”. Bunu görən prorektor daha da ürəklənib, təqdimat yazacağını bildirir. Tələbə sual verir: “Axı mən nə qəbahət etmişəm? Mən siqaret çəkmişəm, sən isə - narkotik”.

Tələbə o zamankı Təhsil Naziri Mikayıl Cabbarova şikayət edəcəyini bildirdikdə, Asif Cavadovun cavabı belə oldu: “Bu gün əgər Azərbaycan təhsilinin başında anormal Mikayıl Cabbarov oturubsa, əsas söz mənim olacaq, mən qərar verirəm, bura mənim məkanımdır”.

Təəssüflər olsun ki, o zaman Nazirlik də konkret mövqe bildirmədi. Hələ bu yetməmiş kimi Asif Cavadova maddi maraqlar müqabilində "Əməkdar Müəllim" fəxri adı da verildi.

Asif Cavadov öz arvadını Pedaqoji fakültəyə dekan təyin etdirmək üçün dəridən-qabıqdan çıxır. O, bu yolda həmin fakültənin indiki dekanı Bayram Apoyevə həmişə təzyiqlər edir. Fakültənin dekanı Bayram Apoyevə təzyiq etməkdə incə bir məqam var. Zamanında Bayram Apoyev kürd dilində yazdığı kitabda Asif Cavadovun dediklərinə görə çox ciddi siyasi səhvlər etmişdir. Dekan olduğu müddətdə bu günahına görə daim o, Asif Cavadova pul ödəmişdir.

Zümrüd xanım, vaxtı ilə Gəncənin indiki Bayraq meydanının ərazisində yerləşən ticarət yarmarkasında alt geyimləri satırdı. İndi bu ticarətçi xanım alim olub, kafedra müdiri olub. Zümrüd xanım kafedranı bir növ özəlləşdirib, müəllimlərdən hər yeni tədris ilində rüşvət alaraq onlara dərs verir. Hər semestr başlayanda hec kimdən qorxmadan, cəkinmədən müəllimlərdən 20-50 manatdan fond pulu, ad günü pulu, müəllim günü pulu yığır. Kafedranın müəllim və laborantlarını aylığa buraxır…

Bir neçə gün bundan əvvəl "Psixologiya" kafedrasının müdiri Zümrüd Şirinova (Asif Cavadovun həyat yoldaşı) öz kafedrasının müəlliməsi Alvina Babayevlə əlbəyaxa olmuş, koridorda onu təhqir etmiş, qışqıra-qışqıra cinsi orqanının adını çəkərək ona yedirdəcəyini qışqırmışdır. Belə kafedra müdiri, belə müəllimmi, belə psixoloqmu olar???

Sabiq icra başçısı Elmar Vəliyevin tribunadan biabır edib saldığı bir şəxsi GDU rektoru Yusif Yusibov indiki icra başçısı Niyazi Bayramovun şəhər gəzintisinə çıxıb sakinlərlə görüşündə onun qarşısına çıxarır. Vaxtı ilə ulu öndərimizə düşmən münasibət bəsləyən bir şəxs içra başçısının qabağında Nizami Gəncəvini təbliğ etmək üçün getdiyi Türkiyə səfərlərindən danışır. Şəhər İcra Hakimiyyətinin Başçısı isə onu tanımadığından dinləmək məcburiyyətində qalır.

Məlumdur ki, öz əməllərinə görə cinayətkar müvafiq orqanlar qarşısında cavab verməli olacaqdır. Lakin son günlərin hadisələri Gəncə əhlinə çox böyük təhqir kimi qəbul edilə bilər. Nizami Gəncəvinin yubiley tədbirləri çərçivəsində Asif Cavadov “öz dəstəsi ilə” xaricə ezam edilmişdir. AYIBDIR!!!

GDU rektoru Yusif Yusibov,vallah ayıbdır.... Nizami ruhuna hörmətlə yanaşın. Siyasi mövqeyi, insan əqidəsi olmayan, rüşvətxor bir şəxsi Nizami kimi dahini, qardaş Türkiyədə təmsil etməyə ezam etməyin.


Hörmətlə, Gəncə Dövlət Universitetinin Tarix fakültəsinin əməkdaşları adından Hüseyn Bəxtiyarov

(cəmi 140 inza)




Paylaş:


Müəllif : Tarix:
6-02-2022, 19:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər