Evində qətlə yetirilən qadın iki uşaq anası olub - VİDEO
Bakıda qadın qətlə yetirilib. Hadisə Qaradağ rayonu ''Qobu park'' yaşayış massivində baş verib. Qadın yaşadığı evdə amansızlıqla öldürülüb. Polis hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışlarına başlayıb.
'Qobu-Park'' yaşayış massivi 2 -ünvanında, 5-ci mərtəbədə yaşayan qadın naməlum şəraitdə qətlə yetirilib. Baş Prokurorluqdan verilən məlumata görə, 39 yaşlı Qənəət Fərmanovanın üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal hadisə yerinə istintaq qrupu gəlib. Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Oradan iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülüb.
Yeniavaz.com "xəzər xəbər"ə istinadla xəbər verir ki, qonşuların sözlərinə görə, Laçın rayon sakini Qənəət Fərmanovanın 9 və 11-ci sinifdə oxuyan iki oğlu var. Qonşular ehtimal edirlər ki, hadisə vaxtı uşaqlar evdə olmayıb. Məlumata görə, qadın yaxınlıqdakı supermarketlərdən birində satıcı işləyirmiş.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-02-2022, 09:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər