reklam
Regionxeberlericom.az » Araşdırma » Birinci sinif şagirdi bu məktəbdə ölüb - VİDEO

reklam

Birinci sinif şagirdi bu məktəbdə ölüb - VİDEO

















Xəbər verdiyimiz kimi, Cəlilabadda 1-ci sinif şagirdi Hüseyn Zeynalov dərsdən çıxıb evə gedərkən elektrik naqilinə toxunub. Nəticədə onu elektrik cərəyanı vuraraq öldürüb. Hadisə Cəlilabad rayonunun Ocaqlı kəndində, 1 saylı məktəbin həyətində baş verib.

RegionXəbərləri.com "xəzər xəbər"ə istinadla xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, məktəb rəhbərliyinin müraciətindən sonra dünən məktəbin həyətində istismar müddətini başa vurmuş elektrik dirəklərindən bir neçəsi yenilənib. İddialara görə, yüksək gərginlikli xətlərdəki qüsurlar tam aradan qaldırılmayıb. Nəticədə bədbəxt hadisə baş verib.

Daha ətraflı reportajı təqdim edirik:

Xatırladaq ki, Cəlilabad Rayon Prokurorluğunun məlumatına görə, aparılmış araşdırmalarla müəyyən olunub ki, Hüseyn Zeynalov məktəbin həyətində oynayarkən dirəkdən aşağıya doğru sallanmış vəziyyətdə olan 10 kilovoltluq elektrik məftilə toxunması səbəbindən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.




Paylaş:


Müəllif : Tarix:
9-02-2022, 09:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər