reklam
Regionxeberlericom.az » Araşdırma » Vidadi Muradovun hüquqi varisi apellyasiya şikayəti verib

reklam

Vidadi Muradovun hüquqi varisi apellyasiya şikayəti verib

















“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, ev dustaqlığında vəfat edən Vidadi Muradovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

"Report"un məlumatına görə, onun hüquqi varisi, həyat yoldaşı Rahilə Muradova tərəfindən verilən şikayət Bakı Apellyasiya Məhkəməsinə daxil olub.

Hüquqi varis V.Muradovun barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyir.

Məhkəmənin ilkin baxış iclası yaxın günlərdə məlum olacaq.

Xatırladaq ki, V.Muradov 2021-ci il noyabrın 4-ü gecə saatlarında onkoloji xəstəlikdən dünyasını dəyişib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, V.Muradov barəsində irəli sürülmüş maddələrlə təqsirli bilinib, cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

Hökmdə qeyd olunub ki, cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti tərəfindən qaldırılmış 640 min 922 manat məbləğində mülki iddia təmin olunub, həmin məbləğ dövlət büdcəsinə köçürülməlidir.

Qeyd edək ki, V.Muradov Baş Prokurorluğun əməkdaşları tərəfindən 2021-ci ilin yanvar ayının əvvəlində saxlanılıb. 9 yanvar 2021-ci il tarixdə onun barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.




Paylaş:


Müəllif : Tarix:
11-02-2022, 10:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər