reklam
Regionxeberlericom.az » Araşdırma » Göyərtisatanın 1400 manat cərimələnməsi ilə bağlı açıqlama: “Süni qiymət artımı varsa...”

reklam

Göyərtisatanın 1400 manat cərimələnməsi ilə bağlı açıqlama: “Süni qiymət artımı varsa...”

















Ötən gün Milli Məclisin növbəti iclasında millət vəkili Tahir Kərimli maraqlı açıqlamaları ilə diqqət çəkib.


O, cərimələrin miqdarının 300-400% artırılmasının təklif edildiyini vurğulayıb. Daha sonra bildirib ki, AQTA Yasamalda bir göyərtisatanı 1400 manat cərimə edib. Millət vəkili fevral ayının 1-nə kimi bütün sahələr üzrə olan cərimələrin silinməsini təklif edib.



Millət vəkili Ceyhun Məmmədov məsələ ilə bağlı Bakupost.az -a açıqlama verib.

O, dövlət qurumunun göyərti satan bir şəxsi bu məbləğdə cərimə etdiyinə inanmadığını dilə gətirib.

C.Məmmədov cərimələrin artırılması məsələsi ilə bağlı deyib ki, bu, insanların daha çox qanun pozuntusuna yol verməməsi üçün tətbiq olunur və dünyanın bir çox ölkələrində mövcuddur:



“Cərimələrin tətbiqində vətəndaşların maaşları, minimum əməkhaqları nəzərə alınmalıdır. Ötən gün həmkarım Tahir Kərimli dedi ki, hansısa sadə vətəndaş küçədə göyərti satır, kimsə gəlib ona 1400 manat cərimə yazır. Amma inanmıram ki, hansısa dövlət qurumu belə bir addım atsın. Lakin süni qiymət artımı varsa, qanun pozuntusu aşkar edilibsə, cəmiyyətin mənafeyinə zərər vuran məqamlar varsa, mütləq həmin insanlar, yaxud obyektlər cərimə olmalıdır”.

Millət vəkili fiziki şəxslərin cərimələnməsi məsələsinə diqqət çəkib:

“Gələcəkdə cərimələrlə bağlı qərar qəbul edərkən vətəndaşların bunu ödəmək iqtidarına baxmalıdır. Çünki vətəndaşın bu cəriməni ödəmək imkanı olmasa, ciddi sıxıntı yaşaya bilər. Hesab edirəm ki, minimum əməkhaqqı cərimələrin tətbiq olunması zamanı nəzərə alınmalıdır. Lakin məsələ hüquqi şəxslərdə biraz fərqlidir. Hüquqi şəxslərin imkanları var, onlar ayrı-ayrı işlərlə məşğul olurlar. Hər hansı fiziki və ya hüquqi şəxsin tətbiq olunan cərimədən narazılığı olarsa, məhkəməyə müraciət edə bilər”.


 



Paylaş:


Müəllif : Tarix:
17-02-2022, 11:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər