reklam
Regionxeberlericom.az » Araşdırma » Qaz xətlərinə həqiqətən də hava vurulur - “Azəriqaz” təsdiqlədi, səbəbini açıqladı

reklam

Qaz xətlərinə həqiqətən də hava vurulur - “Azəriqaz” təsdiqlədi, səbəbini açıqladı




















Ötən gün Milli Məclisin iclasında millət vəkili Tahir Kərimli cəmiyyətdə geniş müzakirə olunan videogörüntülərlə bağlı məsələ qaldırıb.

O, sosial şəbəkələrdə qaz xətlərinə kompressorla hava vurulduğunu gördüyünü deyib və “Doğrudanmı qaz xətlərinə hava vurulur” deyə, sual edib.

Bakupost.az "Azəriqaz" İstehsalat Birliyindən məsələyə aydınlıq gətirməsini istəyib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev qaz borularına həqiqətən də hava vurulduğunu təsdiqləyib. Lakin məsələnin mahiyyətinin tamamilə fərqli olduğunu vurğulayıb:



“Sızmalar, qazıntılar zamanı borular zədələnəndə, kombilərin quraşdırılması zamanı ustaların səriştəsizliyi ucbatından su kütlələri borulara daxil olur. Boru xətlərinə su kütləsi daxil olanda qazın normal təzyiqinə maneə yaradır. Bu baxımdan ən optimal variant olaraq, həmin ərazidə kəmərləri su kütləsindən təmizləmək üçün abonentlərə təbii qazın verilməsini dayandırırıq. Müəyyən bir hissədən, yəni xüsusi açılmış yerlər vasitəsilə güclü atmosferli hava kütləsini qaz xəttinə vururuq. Ünvana çatan yerdən də həmin su kütləsinin çıxacaq yeri var. Beləliklə həmin hava kütləsinin köməkliyi nəticəsində boru xəttində yığılmış müəyyən su kütləsi xaric edilir. Bu proses bitdikdən sonra həmin nöqtələr bağlanır, abonentlərə təbii qazın verilməsi bərpa olunur. Bu prosesdən sonra qazı yandırdığımız zaman bir neçə saniyəlik hava kütləsi çıxır. Burada da hansısa bir sərfiyatdan söhbət gedə bilməz”.


Mətbuat katibi vurğulayıb ki, belə ittiham səsləndirməzdən əvvəl məsələnin mahiyyəti dəqiqləşdirilməlidir:


“Tahir Kərimlinin millət vəkili kimi məsələni araşdırmağa haqqı var, gəlsin, biz də mütəxəssislər verək, hətta “Azəriqaz”a aidiyyəti olmayan mütəxəssislərlə məsləhətləşsin. O zaman mahiyyətini boru xətlərinə hava kütləsinin niyə vurulduğunu biləcək”.







Paylaş:


Müəllif : Tarix:
17-02-2022, 15:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər