reklam
Regionxeberlericom.az » Araşdırma » Azərbaycanda bir narkomanın müalicəsi neçəyə başa gəlir? - ARAŞDIRMA

reklam

Azərbaycanda bir narkomanın müalicəsi neçəyə başa gəlir? - ARAŞDIRMA


















Pandemiya dövründə daha çox psixoloji gərginliklə üzləşənlər sırasında narkotik asılılığı olan şəxslər də var.


Bəs bu dövrdə onlara hər hansı dəstək xidmətləri göstərilibmi?



Məsələ ilə bağlı Bakupost.az -a danışan həkim-narkoloq Qabil Məmmədov deyib ki, cəmiyyətdə onlara cinayətkar kimi baxıldığı üçün aidiyyəti üzrə müraciət etməkdən qorxurlar:


“Həmin şəxslərə tibbi-psixoloji və sosial dəstəyin göstərilməsi, onların digər xəstə insanlar kimi həkimə daha rahat müraciət etməsi üçün üzərilərindəki “damğa” götürülməlidir. Psixoaktiv maddələrdən istifadə edən şəxslər saxlanılmamalıdır. Hüquq-mühafizə orqanları başa düşməlidir ki, onlar da xəstəliyi olan şəxslərdir”.




Q.Məmmədov bildirib ki, ilk növbədə, narkotik maddələri satanları saxlamaq, qanunsuz dövriyyənin qarşısını almaq lazımdır:


“Narkotik asılılığı olan şəxslərə hörmətsizlik edərək, əl-qolunu bağlayıb aparmaq düzgün deyil. Onlar da bizim vətəndaşlarımızdır. Onlara qayğı göstərilməlidir”.

Həkimin sözlərinə görə, onlar qeydiyyata düşməkdən qorxduqları üçün dövlət müəssisələrinə müraciət etmirlər. Bunun üçün qanunvericiliyə dəyişiklik də təklif olunub və “qeydiyyat” sözü “müşahidə” sözü ilə əvəz ediləcək:

“Yəni həmin insanlar xəstədir və biz o insanın üzərində müşahidə aparırıq ki, sağalana qədər biz sənə qayğı göstərəcəyik. Həmin xəstə biləndə ki, o, dövlət müəssisəsində qeydiyyata düşüb, istər-istəməz narahat olur. Düşünür ki, sağalsa da, artıq qeydiyyatdadır və bundan sonra onu incidə bilərlər. Bu onun valideynlərini də narahat edir”.


Sözügedən məsələ ilə bağlı yutuber Nail Kəmərli də fikirlərini bölüşüb.



“Asılılığı olan insanın 1 aylıq qeyri-leqal maddəyə olan xərci minimum 1200 manat edir”

N.Kəmərli həmin insanlardan tez-tez müsahibələr aldığını deyir:



“Çəkilişlər etdiyimə, sırf onların həyatları ilə maraqlandığıma görə bilirəm ki, pandemiyada karantin rejimində hər tərəf bağlı idi, heç bir yer işləmirdi deyə, narkotik vasitələrdən istifadə edənlərin sayı çoxalmayıb. Həmin maddələr daha çox yığıncaqlarda, insanların birlikdə olduğu məclislərdə yayılır. O ki, qaldı narkotik vasitələrin qurbanlarına, onlar həmin dövrdə çox əziyyət çəkiblər. Həmin insanlar narkotik vasitələrdən asılı olduğuna görə haradansa alıb istifadə edə bilmirdilər. Onlar bu dönəmdə heç yerə çıxa bilmədikləri üçün kimsə də gətirib maddəni onlara verməyib”.

O, həmçinin dəstək xidmətinin çox zəif olduğunu, müalicənin ikinci mərhələsinin ödənişli olduğuna görə bir çoxunun müalicədən boyun qaçırdığını iddia edir:

“Sağalmaq istəyən şəxslər çoxdur, lakin müalicəni tam almadıqları üçün təkrar eyni hallar yaşanır və buna görə də onlarda inamsızlıq, ümidsizlik yaranır. Kim istəyər ki, bütün günü o ağrı ilə yaşasın? Ödənişə gəlincə, əksər reabilitasiya mərkəzlərində aylıq 1500 manat təşkil edir. Müalicə 3 aydan 6 aya kimi davam etməlidir. 1500 manat böyük məbləğ kimi görünə bilər, amma asılılığı olan insanın 1 günlük qeyri-leqal maddəyə olan xərcini minimum 40 manatdan hesablasaq, aya 1200 manat pul edir. Bu, hələ minimum xərcdir”.



Paylaş:


Müəllif : Tarix:
18-02-2022, 19:49
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər