Maqsud Mahmudovun məhkəməsində zərərçəkmişlər dindirilib
Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmişlər ifadə veriblər.
RegionXəbərləri.cpm “Report”-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində dindirilən Rəna Soltanova bildirib ki, 2019-cı ildə Lökbatan qəsəbəsində yerləşən lombarda qızıl-zinət əşyaları qoyub.
O deyib ki, bir müddət sonra yaranan problemlə bağlı qızıllarının yarısını ala bilməyib.
Məhkəmədə elan edilib ki, zərərçəkmişin ifadələri arasında ziddiyyətlər var.
Bildirilib ki, R.Soltanova ibtidai istintaqa verdiyi ifadəsində lombarda qoyduğu qızılların hamsını götürdüyünü deyib.
Daha sonra zərərçəkmiş qismində Nazlı Şəbiyeva dindirilib. Onun sözlərinə görə, 2019-cı ildə lombarda qoyduğu qızılları yalnız ötən ay ala bilib: “Lökbatanda yerləşən lombarda 500 manatlıq qızıl qoymuşdum. Bir müddət sonra pulu ödəyib, qızlarımı götürmək istədim. Orada edilər ki, Maqsud qızılları götürərək Ukraynaya qaçıb. Hamı kimi mən də şikayət etdim. Yalnız ötən ay qızıllarımı ala bildim. Hazırda heç bir şikayət və tələbim yoxdur”.
Növbəti proses fevralın 22-nə təyin olunub.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-02-2022, 19:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər