Əməkdaşları həbs olunan dövlət xidməti açıqlama yaydı
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən ilin sonunda apardığı araşdırmalar zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin bəzi əməkdaşlarının qanunsuz əməllərə yol verdiyi məlum olub.
Bu barədə Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, bu barədə aidiyyəti üzrə Baş Prokurorluğa məlumat verilib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 4 saylı Abşeron Ərazi İdarəsinin bir neçə əməkdaşı həbs edilmiş, barələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
"Vətəndaş məmnunluğunun təmin edilməsi, şəffaflığın artırılması tədbirlərini aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində davam etdiriləcək", - deyə Dövlət Xidməti bəyan edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-02-2022, 14:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər