Bu gecə Kiyevdə nə baş verib?
“Kiyevdə vəziyyət sakitdir, paytaxta tamamilə Ukrayna ordusu və müdafiə qüvvələri nəzarət edir”.
RegionXəbərləri.com “unian”a istinadla xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası sədrinin birinci müavini Nikolay Povoroznik məlumat verib. O bildirib ki, gecə saatlarında rus diversiya qrupları ilə bir neçə toqquşma olub.
Qeyd olunur ki, dünən axşam paytaxtın Rusiya raketlərinin hücumuna məruz qalacağına dair xəbərdarlıqlara baxmayaraq, hava hücumu baş verməyib, lakin şəhərin yaxınlığında partlayışlar olub.
Səlahiyyətlilər Rusiyanın Kiyevin cənubundakı Vasilkov şəhərindəki neft anbarına zərbə endirdiyini və burada hərbi aviabazanın da yerləşdiyini bildirib. Qeyd olunub ki, oradakı yanğın hələ də tüğyan edir və rəsmilər ətraf bölgələrdə, eləcə də Kiyevdə sakinlərə kimyəvi tüstülərə qarşı pəncərələrini bağlamaq barədə xəbərdarlıq ediblər.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-02-2022, 10:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər