Nərminin sinif yoldaşı məhkəmədə ifadə verib
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
RegionXəbərləri.com "report"a istinadla xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə bu gün İlkin Süleymanovun növbəti məhkəmə prosesində Nərmin Quliyevanın sinif yoldaşı və əmisi oğlu olan Ayxan Quliyev yenidən Nərmin Quliyevanın əmisi Arif Quliyevin həyat yoldaşı Nailə Quliyeva isə ilk dəfə olaraq məhkəmədə ifadə verib.
A.Quliyevin ifadəsində öncəki ifadələrlə yenə ziddiyyətlər olub. Belə ki, sonuncu dəfə Nərmini evlərində gördüyünü bildirən A.Quliyev keçən məhkəmə prosesində çölə çıxıb Nərminə gödəkcəni qoymağa salofan paket gətirməyə getdiyini, qayıtdıqdan sonra onun getdiyini gördüyünü demişdi lakin ilk məhkəmə ifadəsində isə əmisi oğlu Qorxmazla bir yerdə olduqlarını, Nərmin gödəkcəni götürüb getdiyini, çöl qapının səsindən bildiyini qeyd etmişdi.
Bugünkü ifadəsində isə salofan paketi gətirib Nərminə vermək istədiyini sonra onun qapıdan çıxıb getdiyini gördüyünü deyib.
Təqsirləndirilən şəxsin müdafiəçilərinin suallarını cavablandıran A.Quliyevin verdiyi cavablar da verdiyi ifadələrlə uyğun olmayıb.
A.Quliyevdən sonra məhkəmədə Nərmin Quliyevanının əmisi Arif Quliyevin həyat yoldaşı Nailə Quliyeva ifadə verib.
O ifadəsində bildirib ki, Nərmin həmin gün öncə onlara gəlib yoldaşının (Arifin) gödəkcəsini onlara verib sonra gedib qonşuluqda olan Lətif əmisinin evinə.
"Orda çox olmayıb, atasının gödəkçəsini götürüb çıxıb gedib. Sonra isə bildik ki, itkin düşüb", - N.Quliyeva bildirib.
Hakimin qərarı ilə növbəti məhkəmə martın 9-na təyin olunub.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-03-2022, 20:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər