Bu barədə “Facebook”da “Vostok” əməliyyat-taktiki qrupu məlumat yayıb.
Sənədlər arasında iş xəritəsi, döyüş tapşırığı, çağırış nişanları cədvəli, idarəetmə siqnalları cədvəli, gizli nəzarət cədvəli, şəxsi heyətin siyahısı və s. var.
Sənədlər 2022-ci il yanvarın 18-də təsdiqlənib. Burada əməliyyatın 15 gün ərzində - fevralın 20-dən martın 6-dək baş tutacağı əks olunub.
Plana əsasən, Rusiyanın Orsk Hərbi Hava Qüvvələri bölməsi Stepanovka-1 qəsəbəsi ərazisinə enməli, sonra isə 58-ci Ordunun hərbi hissələri, daha doğrusu, Qara Dəniz Donanması 177-ci Əlahiddə Dəniz Alayının hərbi hissələri ilə birlikdə hərəkət etməli olub. Bu qüvvələrin son məqsədi Melitopolu almaq və nəzarəti ələ keçirmək idi.
Ukraynalı hərbçilər bildiriblər ki, bu sənədlər həm onlara, həm də Haaqa məhkəməsinə lazım olacaq.