reklam
Regionxeberlericom.az » Araşdırma » Şirkət rəhbərinin məhkəməsi başlayır

reklam

Şirkət rəhbərinin məhkəməsi başlayır

















Tovuzda mənimsəmədə təqsirləndirilən İqbal Rzayevin məhkəməsi başlayır.

"Report" xəbər verir ki, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elmin Rüstəmovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası martın 18-nə təyin edilib.

Qeyd edək ki, İ.Rzayev indiki adı “Texnomart” olan, daha əvvəl isə “Ultratek” MMC-nin Tovuz filialında müdir olub. O, 144 min manatın mənimsəməsində ittiham edilir.

“Ultratek” MMC-nin baş ofisindən Tovuz Rayon Prokurorluğuna şirkətin Tovuz rayonunda yerləşən filialında baş vermiş mənimsə faktları ilə bağlı daxil olmuş müraciət əsasında araşdırma aparılaraq 22 dekabr 2020-ci ildə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.1-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.




Paylaş:


Müəllif : Tarix:
5-03-2022, 09:49
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər