Prezidentin yeni yaratdığı qurum hansı işləri görəcək?
Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında Fərman imzalayıb.
regionxeberlericom.az xəbər verir ki, "Qafqazinfo” yeni qurumun hansı işlər görəcəyi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbovdan açıqlama alıb.
O qeyd edib ki, sözügedən fərman respublikamızda əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün qabaqcıl dünya təcrübəsi əsasında təkmil monitorinq və proqnozlaşdırma sisteminin formalaşdırılmasına imkan verir: "Belə ki, fərmana əsasən, nazirliyin tabeliyində əmək bazarı və sosial müdafiə sahələrində mövcud vəziyyətin qiymətləndirilməsini, inkişaf meyillərinin öyrənilməsini və monitorinqləri həyata keçirən, bu sahələrdə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozlar hazırlayan, publik hüquqi şəxs statuslu "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” yaradılacaq. Sənəddə Observatoriyanın iki ay müddətində yaradılması tapşırılır. Ölkəmizdə əmək bazarında mövcud vəziyyətinin qiymətləndirilməsi üçün monitorinqlərin aparılması, əmək bazarının həm kəmiyyət, həm də keyfiyyət parametrləri nəzərə alınaraq mükəmməl proqnozlaşdırma sisteminin yaradılması dövlət məşğulluq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş "2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda, digər bir sıra dövlət sənədlərində də bu istiqamət əksini tapır. Ölkəmizdə belə bir sistemin qurulması üçün ötən dövrdə bir çox inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilib, aparıcı beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində müzakirələr aparılıb, həmçinin Avropa Təhsil Fondu ilə davamlı əməkdaşlıq həyata keçirilib”.
F Talıbov bildirib ki, Prezident İlham Əliyevin 4 iyul 2019-cu il tarixli fərmanı bu istiqamətdə mühüm addımın atılmasına şərait yaradır: "Fərmanla yaradılacaq Observatoriya əmək bazarına dair zəruri məlumatların toplanması və təhlillərin daha şəffaf və keyfiyyətli həyata keçirilməsi yolu ilə əmək bazarında mövcud vəziyyətin dəqiq qiymətləndirilməsini həyata keçirəcək. Həmçinin strateji məşğulluq sahələrinin müəyyən edilməsi, vakansiyalar bazasının və əmək ehtiyatları balansı üzrə əldə edilmiş məlumatların bir-biri ilə əlaqələndirilmiş təhlili, uzlaşdırılması və monitorinqi, kadr tələbatının proqnozlaşdırılması sahələrində Observatoriya mühüm rol oynayacaq. Bu sahədə işlər həmçinin, "Azərbaycan Respublikasında peşə təhsilinin və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrasına öz töhfəsini verəcək.
Eyni zamanda, Observatoriya sosial müdafiə sahəsini də əhatə edəcək. Bu sahədə geniş təhlil və araşdırmaların aparılması, dəqiq proqnozlaşdırmaların həyata keçirilməsi işlərini yerinə yetirəcək, bununla sosial müdafiə sistemində idarəetmənin təkmil əsaslarda qurulması yönündə aparılan islahatların effektli təşkilinə institusional əsaslarda öz dəstəyini göstərəcək.
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində islahatların həyata keçirilməsində, əmək bazarı və sosial müdafiə proqramlarının səmərəli və məqsədyönlü təşkilində öz önəmli rolunu oynayacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-07-2019, 11:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-07-2019, 11:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48