“Ukrayna Putinin tələblərinin qəbuluna səs verərmi?”
“Putin rejiminin gerçəklərdən nə qədər qopduğunu göstərən məqamlardan biri də Ukrayna qarşısında qoyduğu tələblərdir”.
Bunu politoloq Şahin Cəfərli sosial şəbəkə hesabında yazıb.
Politoloq Rusiyanın Ukraynadan tələblərini təhlil edib:
“Məsələn, əsas tələblərdən biri budur ki, rus dili Ukraynada ikinci rəsmi dil elan olunsun.
Mümkün deyil, amma tutaq ki, Ukrayna hökuməti bunu qəbul etdi. Praktikada nə dəyişəcək? Ukrayna xalqı birdən-birə kütləvi şəkildə rus dilini sevməyə başlayacaq? Səbirsizliklə rusdilli məktəblər açılmasını gözləyəcəklər ki, övladlarını həmin məktəblərə yazdırsınlar? Yoxsa, tam əksinə, bu durum onları rus dilindən, rus mədəniyyətindən daha da uzaqlaşdıracaq? Cavab yəqin ki, hamıya aydındır”.
O bildirib ki, başqa bir absurd tələb isə demilitarizasiyadır:
“İndi müharibədəki dirənişdən sonra mövqelərini guya yumşaldıbar, deyirlər ki, biz Ukrayna ordusunun buraxılmasını tələb etmirik, amma say və silah məhdudiyyəti olsun.
Doğrudanmı anlamırlar ki, onların işğalçı ordusu ilə şir kimi döyüşən, hər gün başından raket, bomba yağmasına rəğmən mübarizə əzmi, qəzəbi daha da artan siyasiləşmiş Ukrayna ordusu buna heç vaxt razı olmaz?
Ümumiyyətlə, bu tələblərin bir çoxunun (neytrallıq, dil) həyata keçirilməsi üçün Konstitusiyaya dəyişiklik etmək lazımdır. Rusiyaya nifrətin zirvəyə çatdığı bir ölkədə müharibədən sonra xalq referenduma gedib, Putinin tələblərinin qəbuluna səs verərmi? Ukrayna xalqını buna məcbur edəcək güc varmı? Bəlkə, ciddi bir təbliğat kampaniyası ilə hökumət əhalini neytral statusa razı sala bilər, o da bir şərtlə ki, əvəzində böyük dövlətlər Ukraynaya ciddi, real təhlükəsizlik təminatı versinlər.
Yeri gəlmişkən, Ukraynanın xarici işlər naziri Kuleba prezident Ərdoğanın guya 4 məsələ üzrə Ukrayna və Rusiyanın razılığa gəldiyinə dair açıqlamasını təkzib edib”.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-03-2022, 00:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər