reklam
Regionxeberlericom.az » Araşdırma » Çovdarovun müsadirə olunan ƏMLAKI QAYTARILIRMI? - Vəkilindən AÇIQLAMA

reklam

Çovdarovun müsadirə olunan ƏMLAKI QAYTARILIRMI? - Vəkilindən AÇIQLAMA
















Ötən ilin dekabrında Ali Məhkəmədə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun kasasiya şikayəti üzrə qərar qəbul edildi və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərildi. Akif Çovdarov Ali Məhkəməyə müraciətində barəsində olan məhkəmə hökmü ilə bağlı ona bəraət verilməsini və müsadirə olunan əmlaklarının geri qaytarılmasını istəyirdi.

Ali Məhkəmə Akif Çovdarovun istəyini qismən təmin etdi və işə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərdi.

Ali Məhkəmənin bu qərarı cəmiyyətdə birmənalı qarşılanmadı. Çünki Akif Çovdarovun adı həbsinə qədər, vəzifədə olduğu dönəmdə cəmiyyətdə kifayət qədər mənfi olaylarda hallanırdı. Həbsindən sonra “Çovdarov dastanı”nda jurnalistlərə qarşı, xüsuslə “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin araşdırılacağı gözləntiləri vardı. Amma iş məhkəməyə göndəriləndə bilindi ki, istintaq, ümumiyyətlə, bu məsələləri araşdırmağa həvəsli olmayıb.

Eldar Mahmudov MTN-ə rəhbərlik etdiyi 11 il ərzində ətrafında olan generallardan Akif Çovdarov onun “vuran əli” hesab edilirdi. Təsadüfi deyil ki, MTN-dəki məlum əməliyyatdan sonra nümayişkaranə şəkildə zindana salınan da məhz Akif Çovdarov olmuşdu. Həmin günlərdə Eldar Mahmudovun hər an həbs ediləcəyi gözlənilirdi. Məlum əməliyyatdan sonra mətbuata axan informasiya selində yer alan faktlar keçmiş MTN-də böyük bir cinayətkar dəstənin fəaliyyətdə olması, dəstəyə Eldar Mahmudovun rəhbərlik etməsi təəssüratını formalaşdırırdı. Sonrakı dönəmdə Eldar Mahmudovun istintaqa cəlb olunması gündəmdə olsa da, bu, baş vermədi. Həbsə alınan MTN-çilərin cinayət işləri ayrıca icraatlarda məhkəməyə göndərildi. Eldar Mahmudovun özünü də 1-2 dəfə istintaqa çağırıb dindirdilər, amma bu gün də həbsi baş verməyib.

Nəzərə alsaq ki, ağır cinayətlər kateqoriyası üzrə cəlbetmə müddəti 12 ildir, qarşıdakı 5 il ərzində vəziyyət hər an dəyişə bilər. Dia.az-ın məlumatına görə, Bakı Apelyasiya Məhkəməsindən “Yeni Müsavat”ın əməkdaşına bildiriblər ki, iş üzrə hakim təyin olunmayıb, yaxın günlərdə şikayətə baxacaq hakim müəyyən ediləcək.

Akif Çovdarovun vəkili Sadiq Rəsulov “Yeni Müsavat”a bildirib ki, Bakı Apelyasiya Məhkəməsində iş üzrə hakim təyinatını gözləyirlər: “1-ci məhkəmə instansiyasında Akif Çovdarovun adına yazılan və müsadirə olunan əmlaklar vardı. Məsələn, kürəkəninin bu gün-sabah 60 yaşı olacaq, ona məxsus əmlakları Akif Çovdarovun adına yazıb müsadirəyə götürüblər. Belə çıxır ki, 60 yaşına çatan bir şəxs ömrü boyu işləməyib? Pul qazanmayıb? Akif Çovdarovun kürəkəni iş adamıdır, uzun illər Rusiyada yaşayıb, işləyib. Ali Məhkəmə də həmin hissədə qərar qəbul etdi ki, məhkəmə düzgün araşdırmayıb, ibtidai istintaqda da bu məsələyə baxmayıblar”.

Vəkil təsdiqləyib ki, iş üzrə zərərçəkənlər də çıxarılmış hökmdən narazıdırlar: “Zərərçəkənlərin bəziləri şikayətvermə müddətini buraxmışdılar. Sonradan isə hökmdən şikayət vermək üçün müddətin bərpası ilə bağlı şikayət verdilər. Hazırda həmin şikayətlərə baxılır deyə, bizim şikayətə mahiyəti üzrə baxılması uzanır”.

Vəkil Akif Çovdarovun sağlıq durumu ilə bağlı suala belə cavab verdi: “Səhhətində problemlər var. Vaxtilə Almaniyada əməliyyat da olunub. Hazırda ölkə daxilində müalicəsini davam etdirir”.

Vəkil müvəkkilinin ölkədə müalicə olunmasının pandemiya ilə əlaqəli olduğunu deyib: “Akif Çovdarov əfv olunub. Ona şərti cəza verilməyib. Buna görə də hərəkət sərbəstliyi var, istədiyi vaxt istədiyi yerə gedə bilər. Pandemiya ilə əlaqədar ölkədən kənarda müalicəyə getməyib. Hazırda Azərbaycanda kifayət qədər ixtisaslaşmış klinikalar var”.

Qeyd edək ki, Akif Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin mütəşəkkil cinayətkar dəstə tərkibində quldurluq, qanunsuz olaraq azadlıqdan məhrum etmə maddələri də daxil olmaqla, ümimilikdə 16 maddə ilə ittiham irəli sürülmüşdü. İş üzrə 60-da artıq zərərçəkən müəyyən edilmişdi. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, onunla birgə mühakimə olunan Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub. Hökmdən narazı qalan məhkumlar və zərərçəkmiş şəxslərin bir qismi apelyasiya şikayəti verib. Bundan başqa, Akif Çovdarovun ailə üzvləri - oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları - Günay Əmircanova və Aidə Qadımova da apelyasiya şikayəti ilə məhkəməyə müraciət ediblər. Bakı Apelyasiya Məhkəməsi Akif Çovdarov və digərlərinin apelyasiya şikayətini təmin etməmişdi. Akif Çovdarov 2020-ci ildə imzalanmiş “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla azadlığa buraxılıb.




Paylaş:


Müəllif : Tarix:
29-03-2022, 08:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər