reklam
Regionxeberlericom.az » Araşdırma » Nehrəmdəki qəza ilə bağlı ŞOK İDDİA - "...bir neçə gün öncədən bəlli imiş"

reklam

Nehrəmdəki qəza ilə bağlı ŞOK İDDİA - "...bir neçə gün öncədən bəlli imiş"




















Nehrəm kəndindəki məktəb binasında qəzanın baş verəcəyi bir neçə gün öncədən bəlli imiş. Dia.az xəbər verir ki, bu haqda "Gündəlik Naxçıvan"a qəzada həlak olanların yaxınları məlumat verib. Binada təmir işlərini Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsi aparıb. Qəzada həlak olan fəhlələrdən birinin yaxının məlumatına görə, təmir işləri tez bitsin deyə idarə, təhlükəsizlik qaydalarına əməl etməyib:

"Hələ bir neçə gün öncə məlum imiş ki, bina uçacaq. Fəhlələr bununla bağlı idarə rəhbərliyini də xəbərdarlıq edib. Rəhbərlik isə, tədbir görmək əvəzinə, onları işdən çıxarmaqla hədələyib. Deyiblər yuxarıdan tapşırıq var, təmir tezliklə bitməlidir, kim işə çıxmasa qovulacaq, artıq danışan həbs olunacaq. Bunlar da bir tikə çörəyin xətrinə həyatlarını riskə atıb, işə davam ediblər. Mərhum qohumumuz iki gün öncə gəlib evdə də demişdi ki, belə getsə, bina uçacaq, altında qalacağıq".

Kənd sakinlərinin məlumatına görə, qəzada ölənlərin sayı artıq 4 nəfərə çatıb. Onların hamısının Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsinin işçiləri olduğu bildirilir. Həlak olan şəxslər:

-Qadir Süleymanov (23 yaş)

-Həsən Əliyev (49 yaş)

-İbrahim Məhərrəmov (62 yaş)

-Asəf Rüstəmov (34 yaş)

Məsələyə münasibət öyrənmək üçün Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsi ilə əlaqə saxlamaq mümkün olmadı.




Paylaş:


Müəllif : Tarix:
1-04-2022, 08:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər