Gecə klubundakı partlayışda yaralananların vəziyyəti açıqlandı
Bakıda gecə klubunda baş verən partlayışda yaralananların son durumu açıqlanıb.
"Report"un məlumatına görə, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumatda bildirilib ki, hazırda xəstəxanalarda 16 nəfər yaralı müalicə alır.
Qeyd olunub ki, onlardan 13-ü dövlət tibb müəssisələrində müalicəsini davam etdirir: "Reanimasiya şöbəsində müalicə alan 7 nəfərdən 3-nün vəziyyəti kritikdir. Stasionarda müalicə alan digər 5 nəfərin vəziyyəti stabil ağır, 4-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Tibb mütəxəssisləri yaralıların ailələri ilə mütəmadi əlaqə saxlayaraq onları yaxınlarının sağlamlıq durumu barədə məlumatlandırır".
Xatırladaq ki, aprelin 3-də gecə saatlarında Səbail rayonu ərazisində yerləşən obyektdə baş verən partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-04-2022, 14:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər