Türkiyə Qaşıqçının məhkəmə işini Səudiyyə Ərəbistanına təhvil verib
Türkiyə jurnalist Camal Qaşıqçının qətli ilə bağlı məhkəmə prosesini dayandırıb və işi Səudiyyə Ərəbistanına təhvil verib.
Bu barədə “Star” qəzeti məlumat yayıb.
“Ədliyyə Nazirliyinin müsbət rəyindən sonra işin Səudiyyə Ərəbistanına təhvil verilməsi barədə qərar qəbul edilib”, - məlumatda bildirib.
Qeyd edək ki, Qaşıqçı 2018-ci ilin oktyabrında İstanbuldakı Səudiyyə Ərəbistanı konsulluğunda öldürülüb. Əvvəlcə Səudiyyə rəsmiləri onun diplomatik nümayəndəlikdə yoxa çıxmasını inkar edirdilər, lakin video və audio yazıların ortaya çıxmasından bir müddət sonra onlar Qaşıqçının konsulluq əməkdaşları ilə mübahisə nəticəsində öldürüldüyünü etiraf etməyə məcbur olublar. 2020-ci ilin sentyabrında Səudiyyə Ərəbistanı məhkəməsi Qaşıqçı qətli işi üzrə yekun hökm çıxarıb. Səkkiz müttəhimdən beşi 20 il, biri 10 il, daha ikisi isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Türkiyə polisi onun cəsədini tapa bilməyib.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-04-2022, 12:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər