Azərbaycanlı döyüşçü Kiyevdə necə həlak olub? - FOTO
“Kədərlə bildiririk ki, 27 mart 2022-ci il tarixində azərbaycanlı Elnur Həsənov (“Alik”) “Karpatska Siç” könüllülər batalyonunun tərkibində Kiyevin müdafiəsi zamanı həlak olub”.
Bu barədə batalyonun sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, Elnur 1993-cü il martın 12-də anadan olub. O, snayper bölməsinin komandiri olub, həmçinin ikinci Qarabağ müharibəsində də iştirak edib:
"O, Rusiyanın Ukraynaya hücumunun ilk günlərindən könüllü olaraq döyüşməyə başlayıb. Silahdaşları onun "əsl insan, döyüşçü, təlimatçı, təhsilli, parlaq və pozitiv insan" olduğunu bildiriblər. O, Xarkovun müdafiəsinə getməyi planlaşdırırdı. "Qadınların, uşaqların, qocaların öldüyünü görəndə onları qorumalıyam. Şərin harada baş verməsindən asılı olmayaraq, hər bir insan özünü pislikdən qorumalıdır", - Elnur Həsənov deyirdi".
Qeyd edilib ki, Elnur İrpendə düşmən mövqelərini kəşf edən “Karpatska Siç” könüllüsü David Qoberjişvili ilə birlikdə həlak olub. Hər ikisi minaatanlardan atəşə tutulub:
“Elnur Həsənova əbədi şöhrət! Azərbaycana şöhrət! Ukraynaya şöhrət!”
Elnur Həsənov ailəli olub, iki övladı var.
Xatırladaq ki, daha əvvəl sosial şəbəkələrdə Ukraynadakı döyüşlərdə həlak olan azərbaycanlının dəfn mərasimindən kadrlar yayılıb. Həmin azərbaycanlının Elnur Həsənov olduğu iddia edilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-04-2022, 11:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər