Sezen Aksu Azərbaycanda xeyriyyə aksiyası keçirdi
Sezen Aksunun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda kimsəsiz uşaqlar üçün xeyriyyə aksiyası keçirilib.
Aksiya Bakıda 1 saylı körpələr evində və İstanbul, Asiya qitəsində yerləşən Qalip Öztürk adına kimsəsiz qızlar evində baş tutub.
Aksiyanın təşəbbüskarı və maliyyəçisi Türkiyənin məşhur bəstəkar, şair və müğənnisi Sezen Aksu olub.
Verilən məlumata görə hər iki ölkədəki xeyriyyə tədbirləri, Sezen Aksunun 1998 ci ildə Bakıda ilk konsertini təşkil edən, əvvələr “ZODİAK-L” MMC (təşkilatçılıq və reklam) şirkətinin rəhbəri Lalə Mustafayeva tərəfindən icra və koordinasiya olunub. Tədbirlərdə Sezen Aksu iştirak etməsə də, bütün təşkilatçılıq işləri Lalə Mustafayeva həvalə olunub.
L.Mustafayevə məsələ ilə bağlı müsahibə verib. O bildirib ki, Sezen Aksu və ailəsi ilə indiyə qədər gözəl münasibətləri var.
- Bu xeyriyyə aksiyası təklifi də Sezen Aksu tərəfindən olub. Sezen Aksu dünyaca tanınan və qəbul edilən, 800 mahnının müəllifi, böyük sənətkardır. Ona hörmətim və sevgim böyükdür. İstər Türkiyədə, istərsə də, Azərbaycanda xalqın könlünə taxt quran bəstəkar-müğənnidir. Onun bu təşəbbüsü məni çox sevindirdi və bu xeyirxah işdə mənim də payım olsun istədim. Təklifi qəbul etdim və Azərbaycan Novruz bayramı ənənələri ilə həm İstanbulda, həm də Bakıda kimsəsiz uşaqlar üçün tədbir keçirdik.
- Lalə xanım, istərdim sizi biraz tanıyaq və oxuculara da tanıdaq...
- Əvvəla hamınızı Müqəddəs Ramazan ayı münasibətilə təbrik edirəm. Allah namaz qılan, oruc tutan bacı, qardaşlarımızın namazlarını, oruclarını qəbul etsin və qalanlara da namazı da orucu da qismət etsin. Bir zamanlar Azərbaycanda bir çox tədbirləri təşkil edən (H.Əliyevin 75 illiyinə Maya Plisetskaya və Rusiya İmperial Balleti, Paco Rabanne, Valentin Yudaşkin, Pierre Cardin moda nümayişləri, Anastasiya Voloçkova, “Virtuozı Moskvı” orkestrin solistləri, Larisa Quzeyeva, Liya Ahedjakova və “SOVREMENNİK” teatrı, Azərbaycanda Bədii Gimnastika üzrə ilk Dünya Çempionatı və b.), “ZODİAK-L” şirkətinin rəhbəri olmuşam, beynəlxalq tədbirlər, konsertlər, çöl reklamların yerləşdirilməsi (H.Əliyev adına Bakı Beynəlxalq Aeroportu və Bakı ş.) ilə məşğul olmuşam. Aygün Kazımova və Brilliant Dadaşova kimi estradamızın ən parlaq nümayəndələri ilə işləmişəm. Azərbaycan Respublikasının Dövlət Akademik Opera və Balet Teatrı və M. Maqomayev adına Filarmoniyanın müdir müavini olmuşam.
- Novruz Bayramında Sezen Aksunun təşəbbüsü ilə 1 saylı körpələr evində keçirilən xeyriyyə tədbiri haqqında qısa məlumat almaq istərdik. Necə oldu belə bir fikir yarandı və nə üçün məhz sizə həvalə olundu?
- Bəli, bu il martın 21-də Bakıda 1 saylı körpə uşaq evində (1-4 yaş arası) uşaqlar üçün və martın 22-də İstanbulda Qalip Öztürk adına qızlar üçün (5-18 yaş arası) 100 nəfər qızlarımız olan uşaq evində Novruz Bayramı keçirildi. Təbii ki, biz bu tədbirləri daha geniş miqyasda etmək istəyərdik. Nəğməli qonaqların iştirakını da nəzərdə tutmuşduq, amma pandemiyaya görə müəyyən məhdudiyyətlər vardı. Bu məhdudiyyətlər qaldırılandan sonra uşaqlarımız üçün yenə gözəl bayramlar keçirə biləcəyimizə ümid edirik.
Tədbirin keçirilməsi ilə əlaqədar ideyanın müəllifi məhz Sezen xanımdır. Tədbirlər onun maddi dəstəyi ilə keçirildi. 8 il bundan əvvəl Sezen xanımı Novruz bayramı münasibətilə təbrik edəndə ona ən-ənəvi şirniyyatlarımızı və milli atributlarımızdan apardım. O, da mənə dedi ki: “bu qədər şeyi mənə gətirməkdənsə, onları kimsəsiz uşaqlara aparardın”. Düzdür, həmin gün Sezen xanımın köməkçisinə dedim ki, Sezen xanıma söylə, gedək bir yerdə uşaqları sevindirək. O güldü, amma o vaxtdan bəri Sezen xanımın bu sözu beynimdə qaldı. O vaxt apardığım sovqatlar arasında məşhur musiqili komediyamız “O olmasın, bu olsun” filmi vardı. Sezen xanım onu çox bəyəndi.
Düzdür, aradan çox vaxt keçdi ama necə deyərlər, gec olsun, güc olsun. Yəni yaxşı əməl etmək üçün heç vaxt gec deyil. Bu il də hamımız üçün çox gözəl il oldu, biz Qarabağa qayıtdıq. Ona görə Sezen xanımın köməkçisinə bu təklifi verdik və bu tədbirləri keçirdik. Uşaq evlərinin müdiriyyətlərinə əvvəl heç nə söyləmədik. Tədbirlərin Sezen Aksunun dəstəyi ilə keçirildiyini ancaq tədbir günü söylədik və hamı üçün bu çox xoş bir sürpriz oldu. İstanbuldakı qızlarımız üçün yeməkləri bişirən. İstanbulda yaşayan bizim gənc xanımımız Turan Əmirbəyova oldu. Özü peşəkar tərcüməçidir. Sezen xanımın adını eşidəndə və belə təşəbbüs haqqında məlumat alanda çox böyük həvəslə xahişimizi yerinə yetirdi. Buradan ona təşəkkürlərimizi bildirirəm. Uşaq evlərindən videolar çəkildi və Sezen xanıma göndərildi. O, da bu tədbirlərin keçirilməsində əməyi olan hərkəsə minnətdarlığını bildirdi.
Ümumiyyətlə, o, mütəmadi şəkildə xeyirhaqq layihələr və təşəbbüslər həyata keçirir. Məsələn, “Kardelen” layihəsi çox gözəl layihə idi. Türkiyədə təhsil ala bilməyən qızlar üçün böyük dəstək kampaniyasını keçirdi. Cəmiyyətin diqqətini bu problemə çəkdi və bütün Turkiyədə konsertlər verdi. Hətta eyni ad altında musiqi albomu da çıxmışdı. Pandemiyada hamının evdə qaldığı vaxtda, çox insan işsiz qalmışdı. Sezen xanımın göstərişi ilə onun köməkçiləri Sezen xanımın İstanbulda yaşadığı rayonda imkansız ailələrin siyahısını hazırladılar və həmin ailələrə maddi dəstək göstərdi. Bundan əlavə həmin vaxtlarda küçələrdə məskunlaşmış kimsəsiz heyvanlara yeməklər paylanıldı və bu aksiyaya məşhur müğənni özü də qatılmışdı. Çox layihələri oldu. Hamısı barədə onun isçiləri daha çox məlumatlıdırlar. Türkiyədə kimsəsiz heyvanlar üçün təşkil edilən kampaniyalarda da fəal iştirak edir, amma bunlar barədə danışmağı sevmir. Bunu şəriət də bizə deyir. Belə ailədə böyüdü. Atası rəhmətlik Sami bəy Yıldırım çox zəhmətkeş mərd, əsl mömin insan idi və övladını da belə yetişdirdi. Ruhu şad olsun.
Hazırda da sizə verdiyim müsahibədən Sezen Aksunun xəbəri yoxdur. Bilsəydi, qəbul etməzdi, çünki xeyriyyə fəaliyyətini çox işıqlandırmır. Bunu öz təşəbbüsümlə edirəm, çünkü son illər ölkəmizdə bəzi media nümayəndələri soydaşlarımıza onun barəsində həqiqətdən uzaq məlumatları verirlər və xalqımızda yanlış fikirlər yaradırlar. Ən son da bu ilin yanvar ayında Sezen Aksunun “Ne şahane şey yaşamaq” mahnısı ətrafında suni şəkildə yaradılmış qalmaqalın ölkəmizdə də mənfi əks-sədası oldu. Ona görə, artıq “bıçaq sümüyə dayandı və sizinlə həqiqəti paylaşmağa qərar verdim ki, ucuz reytinq dalınca qaçıb iftira atanlara öz yerlərini göstərək.
- Bəs onun konsertini təşkil etmək düşüncəsi və planı necə oldu?
- Sezen xanımın Bakıda ilk konsertini etmək istəyən çox insanlar var idi. Hətta keçmiş mədəniyyət nazirimiz Polad Bülbüloğlu da bunu istəyirdi. Amma bu bizə qismət oldu. Sezen xanımın o illərdə olan meneceri Mustafa Oğuz bəyin vasitəsi və köməyi ilə Sezen Aksunun 1998 ildə Azərbaycanın Müstəqillik Günü ilə bağlı Bakıda ilk konsertini təşkil edə bildik və konsert çox gözəl keçdi. Baxmayaraq ki, Sezen xanım Bakıya 39.5 qızdırma ilə gəlmişdi və üstəlik, onun diabeti də var, biz ona bir neçə gün Bakıda dincəlib sonra konsert verməyi təklif edəndə, “mən təyin edilən gün səhnədə çıxış edəcəyəm” dedi və bu qızdırma ilə radioya da getdi. Kim onu görürdüsə, hamı ilə gülümsəyərək şəkil çəkdirirdi və hər kəsə xoş sözlər deyirdi. İnsanlarımız da ona çox böyük sevgi ilə yanaşırdılar. Hətta, oteldə ikən orada işləyən xadimələr dəqiqə başı otağının qapısını döyürdülər ki, “qızım, olar səni öpüm?”. Çox təəssüf edirəm ki, sonrakı illərdə biz Sezen xanımın konsertlərini Bakıda keçirmədik. Halbuki, Sezen xanımın Azərbaycana qarşı, xalqımıza qarşı çox gözəl münasibəti vardı və var. Çünkü ilk növbədə, o, azərbaycanlılara daha yaxındır.
Hələ, mən tələbə olarkən, Sezen xanımın İstanbuldakı konsertlərinə gedəndə, onun mühafizələrinə (həmişə hərbçilər var idi və sayları çox idi) yaxınlaşıb deyəndə ki, “tələbəyik, Azərbaycandan gəlmişik, Sezen xanımla konsertdən sonra görüşmək istəyərdik”, bizə cavab verirdilər ki, Azərbaycandan gəlmisinizsə, o sizi mütləq qəbul edəcək. Belə də oldu, o, görüşməyə razılıq verdi. Mən də o vaxt utandığımdan getmədim, tələbə yoldaşlarım bunu mənə bağışlamadılar. “Space”in sabiq baş direktoru Etibar Babayev həmin illərdə Sezen Aksuya Azərbaycanda yaşayan insanlar üçün müsahibə verməsini xahişi edəndə, o,bunu çox gözəl qarşıladı və səmimi müsahibə verdi. Müsahibədə də “bütün soydaşlarımıza” ifadəsini işlətmişdi.
Sonradan Sezen xanımın konserti Bakıda yenidən təşkil edildi, amma necə deyərlər, bunu başqa adamlar etdi. Artıq onlar və onlara maddi dəstək göstərənlər yoxdular.
2010-cu ildə biz Sezen xanımın konsertini yenidən keçirmək istədik və müsbət cavab aldıq. Lakin sponsor olan azərbaycanlı şirkət ən son anda sözünə əməl etmədi və konsert baş tutmadı. Bugün də təəssüf edirəm ki, bu konserti öz gücümüzlə keçirmək imkanımız ola-ola onu təşkil etmədik ama. Amma Sezen xanım səhnəyə qayıtdığı gündən etibarən onun konsertini məhz gözəl Şuşamızda keçirməyi çox istəyərdik, çünkü Şuşa həmişə mədəniyyətin, musiqinin, dahi insanların beşiyi olub və məhz Sezen xanım kimi gözəl dahi sənətkarın orada çıxış etməsi çox yerinə düşərdi.
- İnşallah Sezen Aksuyu Şuşada konsert verərkən də görərik. Amma onun “Hər şeyi yak” mahnısı Aygün Kazımovanın “Vətən Çağırır” ifasında 44 günlük ikinci Qarabağ savaşında ən çox yayımlanan mahnılardan olmuşdu...
- Bəli, açığı mən gözləmirdim ki, Sezen xanımın “Hərşeyi yak” mahnısı Aygün xanımın ifasında 44 günlük Vətən müharibəsində belə böyük sevgi ilə qarşılanacaq və bir növ müharibənin himninə çevriləcək. Çünkü bütün radio dalğalar ən çox bu mahnını səsləndirirdilər. Düzdür, mahnı yunan bəstəkarı Thanou Mikroutsikou tərəfindən bəstələnib, sözləri Sezen xanımındır. Amma Aygün xanım məhz Sezen xanımın ifasından ilhamlanaraq bu mahnıya başqa sözlər yazdıraraq oxuyub. Bu ifa onunla əmakdaşlığımız bitdiyi ərəfədə oldu. İlk olaraq böyük stadionda oxudu və konsertdən sonra ona zəng edib, təbrik edəndə, “mahnını sənin üçün oxudum” dedi. Düzdür, mahnının olduğu kimi qalmağın həmişə tərəfdarı idim və Aygun xanım o vaxt demişdim. Amma bu ifa da çox bəyənildi və dediyiniz kimi, 44 günlük Vətən müharibəsində çox böyük rəğbətlə qarşılandı.
- Sezen Aksunun bu ifadan xəbəri var idi?
- Xeyr, Sezen xanımın mahnısının bu versiyasından xəbəri yoxdur. Bu ifanı eşitməyib. Bilirsiniz, həyatda təsadüf deyilən şey yoxdur, çünkü Qarabağda da məhz Qara Dəniz sahillərindən köçən və köklərini Qarabağda salan rum köklü insanlar yaşayırdı. Baxın, Yunan bəstəkar, Türkiyənin Qara Dəniz köklü dahi sənətkarı və Azərbaycanın ən tanınmış və sevilən müğənnisinin enerjiləri ilə xalqımıza, döyüşən qardaşlarımıza bu mahnı ilə çox böyük dəstək göstərildi.
Həmin günlərdə hamımız böyük həyəcan keçirirdik və demək olar ki, heç kimlə təmasda deyildim. Sezen xanımı da dəqiqə başı narahat etmək düzgün deyil, onun bacısı Zehra xanımla danışırdıq və ondan ürək dirək alırdım.
- Azərbaycanda Sezen Aksunun belə bir xeyriyyə tədbirinin keçirməsi yəqin ki, birmənalı qarşılanmayacaq. Çünki ölkəmizdə hamı Sezen Aksunun dilindən ermənilərə tərif eşidib və erməni gəlini olduğunu açıq bəyan edib...
- Son illərdə mətbuatda Sezen xanım barədə yayımlanan iftira xarakterli xəbərlər, vətəndaşlarımızda bu şəxsiyyət barədə yanlış təəsürat yaradır və bilmədən çox neqatif şeyləri internetdə yazırlar.
- İzləyirmi Azərbaycanda onun haqqında yazılan, deyilən fikirləri?
- Əslində,Sezen xanıma onun haqqında yazılanları göndərməməli idim, ama göndərdim. Təbii ki, o üzüldü, lakin yenə də heç nə demədi, bu da müdrüklüyündəndir. Misal üçün Alla Puqaçova dəfələrlə gedib Yerevanda konsertlər verib, Qarabağa da gedib Filip Kirkorovla orada konsertlər veriblər, amma bunu heç kim onlara irad tutmur, yenə də onları Azərbaycanda sevirlər. Filip Kirkorov hətta Aygün Kazımova ilə Azərbaycan mahnısını oxudu və dəfələrlə Bakıya gəldi. Erməni ola-ola heç kim ona irad bildirmədi. Onun kimi müğənniləri yaxşı tanıyıram, heç bir çıxışına getmədim və getməyəcəyəm. Alla Puqaçova barəsində də Sezen Aksu haqqında yazılanlar yazılsaydı, o çoxdan həmin müxbirləri yox edərdi, amma Sezen Aksu o qədər pozitiv və müdrük insandır ki, heç nə demir, sadəcə yaradıcılıqla məşğuldur, gözləyir ki, həqiqət öz yerini tapsın. Yaponlarda elə bir ata sözü var, "yalan atın belində gedər, həqiqət isə, piyada". İndi biz piyada getsək də, demək bizim vaxtımız gəlib çatdı.
Sezen Aksunun Yerevanda konserti olmayıb, Sezen Aksu erməni deyil. Nə Atası ermənidir, nə də Anası. Anasının adı Şehriban xanım olub. Allah ona qəni qəni rəhmət eyləsin. Zadəganlardan idi və özü də elə xanım idi. Yanılmıramsa, fizika üzrə müəllimə idi.
Sezen xanım, onun birinci adı Fatmadır, əsli, köklü bir insandır amma onu heç yerdə demir və özünə ucuz şöhrət qazanmaq istəyənlər kimi dəqiqə başı sinəsinə vurmur. O, ancaq işi ilə, sənəti ilə məşğuldur. Öz şöhrətini öz zəhməti ilə qazandı. Bundan gözəl nə ola bilər ki?
Bu yaxınlarda bir jurnalist mənə sual verdi ki, "Sezen Aksunun atası yəhudidir, adı da Semyondur?" Ona dedim ki, çox qurdalasanız, məndə yəhudi toxumunu taparsınız, amma onda tapmazsınız. Çox az insan bilir ki, Qarabağda qədim yəhudi ailələri yaşayırdı. Bir də ki, peygəmbərlərin çoxusu yəhudi idi, İbrahim peygəmbər (salam ona), İmran ailəsi (salam onlara), Məryəm Ana (salam ona), İsa peygəmbər (salam ona), Yakub peygəmbər (salam ona), Yusuf peygəmbər (salam ona), Daud peygəmbər (salam ona), Süleyman peygəmbər (salam ona), Musa peygəmbər (salam ona), Harun peygəmbər (salam ona).
Necə olur ki, biz Allahın peyğəmbərlərini, elçilərini qəbul edirik, İsrailin 44 günlük Vətən müharibəsində bizə göstərdiyi dəstəyini qəbul edə bilirik, amma yəhudiləri qəbul etmirik? Bir də lap Sezen Aksunun atası yəhudi oldu, bundan kimə nə? Bu insan canını, qanını qoyub ölkəsi üçün, xalqı üçün. Sabah bir afrikalı onun yanına gəlsə, yenə qəbul edəcək, çünkü bunu etməlidir. 800 mahnının müəllifi, bizim kimi adi insan deyil. Bunu unutmamaq lazımdır.
Mən demirəm ki, Sezen xanım heç ermənilərlə təması yoxdur, olub, var. Rəfiqəsi, Nükhet Duru müğənnidir, ermənidir, Bakıya da gəlmişdi. O, elə Nükhet Durunun vasitəsi ilə Onno Tunc adında əvvəl gitara, sonra aranjimançı və məhz Sezen xanımın təşəbbüsü ilə bəstəkarlıqla məşqul olmağa başlayan erməni mənşəli insanla tanış olaraq onunla 10-11 illik həm eşq yaşayıb, həm iş birlikləri olub. "Şinanay", "Hadi Bakalım", "Sən ağlama" kimi mahnıların bəstəkarı Onno Tunc (Ohannes Tuncboyaciyan) olub. Sezen xanım ümumiyyətlə, elə energetikası var ki, onun yanında əsa qoy, o əsa çiçək açacak, ona görə kim onunla təmasda olubsa, məşhurlaşıb. Düzdür, mən daha çox Sezen xanıma özünün bəstələdiyi mahnılarını dinləməyə üstünlük verirəm ama vaxt var idi "Şinanay", "Hadi Bakalım", "Sən ağlama" mahnıları Azərbaycanda dillər əzbəri mahnılar idi. Bəli, bu mahnıları erməni yazıb və Sezen Aksu onu sevib. Sevgidən heç kim sığortalanmayıb.
Heç Sezen Aksu Onno Tuncla ailə də qurmamışdı, sonradan Onno Tunc təyyarə qəzasında rəhmətə getdi. Sezen xanım xasiyyətçə çox etibarlı insandır. Deyərdim aşırı dərəcədə etibarlıdır və bugünə qədər Onno Tuncun öz qızlarını hər cür dəstəkləyir. Vaxt olub, biz hamımız ermənilərlə iç-içə yaşamışıq. Mənim, məktəb vaxtı, o qədər erməni dostlarım olub ki. Onların arasında yaxşı dostlar olur amma bir mənfi cəhətləri var, riyakarliqları çoxdur.
Prezident İlham Əliyev bugün nə deyir? Gəlsinlər, yaşasınlar, mən onlara tam təminat verirəm. Biz heç kimə düşmən gözü ilə baxmırıq, sadəcə bizim ölkənin qanunlarına riayət etsinlər və sülh içində yaşamağa üstünlük versinlər.
Bundan başqa gözəl söz ola bilməz. Ona görə də insanların Sezen xanımın vaxtı ilə yaşadığı eşqə və onun şəxsi münasibətlərinə bu cür reaksiyaları düzgün deyil.
Sezen xanımın oğlu da anasına bənzəyir və Onno Tuncdan deyil, türk işadamı Sinan Özerdəndir.
- Sezen Aksu mahnısında Adəm və Həvvaya cahil deməsindən sonra Türkiyədə və Azərbaycanda böyük səs-küy və etiraz yarandı...
- Bəli, hadisə bu ilin yanvar ayında Sezen Aksunun “Şahane şey yaşamak” mahnısı ətrafında süni şəkildə yaradıldı. Düzdür biz də Sezen xanımı sevən bir çox insanlar kimi, onu dəstəkləmə kampaniyasına qoşulduq (hərçənki onun köməyimizə ehtiyacı yox idi) və Türkiyə Prezidenti Recep Tayyip Erdoğana açıq məktub yazdıq. Bu məktub Türkiyə Prezidentinin müşavirinə çatdırıldı və həmin möhtərəm şəxs sonradan mətbuata çox gözəl müsahibə verməklə, yaranmış məsələyə son qoydu.
Mən sadəcə internetdə həmin vaxt ərzində Sezen xanım barədə mənfi yazılar yazan insanlara üzümü tutub deyirəm: Adəm peygəmbərimizin cəddinə qurban, Həvva Anamızın cəddinə qurban, Sezen xanım heç vaxt onlara qarşı hörmətsiz ifadələr işlətməz, çünkü əsl müsəlman ailəsində böyüyüb və Quranı Kərimi çox yaxşı bilir.
Onun şeiri başqa şeylərdən bəhs edirdi: Allah teala Adəm peygəmbərə (salam ona) və Həvva Anamıza (salam ona) Cənnəti və əbədi həyatı bəhş etmiş ikən, onlar şeytanın vəsvəsinə uyub əbədiyyat adı ilə fani dünyaya meil saldılar. Cahil sözü orada – gənc, pöhtələşməmiş mənasında istifadə edildi (Türk Dil Kuruluna görə cahil sözü həm də gənc, pöhtələşməmiş olaraq tərcümə edilir). Amma yenə də “dik durmak, dim-dik qalmak, nə şahanə şey yaşamaq”, deyir Sezen Aksu. Yani həyatın bütün sınaqlarına baxmayaraq dözümlü olmaq, səbirli olmaq və həyata sevinmək lazımdır, deyir Sezen Aksu. Eyni şeyi bizə Qurani Kərim də deyir, Tövrat da, İncil də deyir, yəni Allahın kəlamıdır.
Ən sonda da üzümü bir daha bütün azərbaycanlı bacı və qardaşlarıma tutub deyirəm, Sezen Aksu mənim azərbaycanlı olduğumu bilə-bilə konsertlərindən sonra mənimlə dəfələrlə görüşüb, evinə də dəvət edib. Anamla tanış etmişəm, anamı və məni İstanbuldakı yubiley konsertinə dəvət edib, Bakıdakı konsertindən sonra ilk çıxan musiqi albomun hədiyəli versiyasını göndərmişdi, həmişə də çox gözəl münasibət bəsləmişdi. O da, bacısı da...
Baxın əsl həqiqət budur.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-04-2022, 12:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər