reklam
Regionxeberlericom.az » Araşdırma » “İKİ QARDAŞ XALQ” TƏBLİĞATI YERSİZDİR” - Ukraynadan Makrona sərt cavab

reklam

“İKİ QARDAŞ XALQ” TƏBLİĞATI YERSİZDİR” - Ukraynadan Makrona sərt cavab














Ukrayna Xarici İşlər Nazirliyi Fransa Prezidenti Emmanuel Makronun Ukrayna və Rusiya barədə son açıqlamalarına münasibət bildirib.

Ukrayna tərəfi Makronun ukraynalıları və rusları “qardaş xalqlar” adlandırmasını “yersiz təbliğat” adlandırıb.

ABŞ Prezidenti Co Baydenin Ukraynada baş verənləri soyqırım adlandırmasından sonra jurnalistlər Makrondan da Baydenlə eyni fikirdə olub-olmadığını soruşublar.

Fransa Prezidenti deyib: “Mən bu gün belə ifadələrlə bağlı ehtiyatlı olardım. Bu iki xalq qardaşdır”. 

Bununla belə Makron Rusiyanın Avropada görünməmiş hərbi cinayətlər törətdiyini söyləyərək əlavə edib: “Fransa bu cinayətləri araşdırmaq üçün Ukrayna ilə əməkdaşlıq edir”.

Makron qeyd edib ki, Putinlə dialoq imkanlarını saxlamaq xatirinə ona qarşı Bayden kimi “soyqırım” və “qəssab” kimi sözlərdən istifadə etməyi doğru saymır. Bununla yanaşı, Makron Böyük Britaniya Baş naziri kimi Kiyevə səfər etməyə də hazırlaşmadığını bildirib.

Ukrayna tərəfi isə Makronun bu ölkədə baş verən hərbi cinayətləri, şəhərlərin dağıdılmasını, dinc insanların qətliamını “soyqırım” adlandırmaqdan imtina etməsini məyusluqla qarşıladığını bildirib.
















Həmçinin, “iki qardaş xalq” məsələsinə münasibət bildirən XİN Mətbuat Xidmətinin rəhbəri deyib: “İki qardaş xalq haqqında mif 2014-cü ildə Krımın ilhaqı və Donbasın işğalı ilə dağılmağa başladı. O vaxt “qardaş” ruslar guya rusdilli əhalini qorumağa gəldilər və 8 ilə 14 min ukraynalını qətl etdilər.

Bu mif fevralda Ukrayna şəhərlərinə ilk raketlər uçanda birdəfəlik dağıldı. Qardaş xalq digər qardaş xalqın evlərini dağıtmır, uşaqlarını öldürmür, qadınlarını zorlamır, dinc vətəndaşlarını güllələmir, şikəst etmir”.

“Biz Rusiyanın Ukrayada törətdiklərinin soyqırımı olduğunu Beynəlxalq Məhkəmədə sübut edəcəyik”.

Bunu  isə Ukrayna Prezident Ofisinin başçısı Andrey Yermak Fransa Prezidenti Emmanuel Makronun Rusiyanın Ukraynada törətdiklərini “soyqırımı” adlandırmamasına münasibət bildiriərkən deyib.

“Volodimir Zelenski Rusiyanın Ukraynadakı cinayətlərini soyqırımı adlandırır. ABŞ Prezidenti Cozef Bayden ukraynalıların soyqırımı deyir. Biz Beynəlxalq Məhkəmədə bunu sübut edəcəyik. Demokratiyanın liderləri artıq hər şeyi öz adı ilə çağırır. Təxminən hamısı bu fikirdədir. İnanıram ki, “təxminən” sözü müvəqqətidir.

Rusiyanın təbliğat maşını Buçada törədilənləri “feyk” sayır. Ancaq demokratik sivilizasiya baş verənləri özü görür. Rusiya 21-ci əsrdə Ukrayna xalqını soyqırımı edir. Ancaq onlar Ukraynaya qalib gələ, millətimiz məğlub edə biməyəcəklər. Onları bütün istiqamətlərdə məğlubiyyət gözləyir. Bundan sonra xalqımıza qarşı bütün cinayətlərə görə məsuliyyət daşıyacaqlar”, - Andrey Yermak vurğulayıb.

Xatırladaq ki, martın 31-də Rusiya qoşunları Buçanı tərk edəndən sonra şəhərdə çoxsaylı hərbi cinayətlər - mülki əhalinin öldürülməsi, işgəncələr, zorlamalar və talan faktları aşkarlanıb.




Paylaş:


Müəllif : Tarix:
13-04-2022, 17:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər