reklam
Regionxeberlericom.az » Araşdırma » 750 milyonluq “Moskva” kreyseri Rusiya üçün nə qədər vacib idi?

reklam

750 milyonluq “Moskva” kreyseri Rusiya üçün nə qədər vacib idi?














Xəbər verdiyimiz kimi, aprelin 13-ü Ukrayna hərbçiləri Rusiyanın “Moskva” kreyserinə “Neptun” raketləri ilə zərbə endirib. Nəticədə kreyserdə partlayış və yanğın baş verib. Ciddi zərər görən gəmi aprelin 14-ü batıb.

“Qafqazinfo”nun məlumatına görə, “Moskva” kreyseri Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının 30 yerüstü gəmi diviziyasının bir hissəsi idi. 

Sözügedən kreyserdə hərbi gəmi birləşmələrinin idarəsi, kəşfiyyat, hava və hava hücumundan müdafiə, eləcə də Ukraynaya raket hücumları həyata keçirilib.

186 m uzunluqda, 42,5 m hündürlükdə olan kreyser 510 nəfərdən ibarət ekipajı daşımaq gücünə malik olub.

Qeyd etmək lazımdır ki, “Moskva” kreyseri Ukrayna ilə iki aya yaxındır ki, davam edən müharibədə Rusiya üçün ən bahalı itki olub. Belə ki, Ukraynaya 26 milyon dollara başa gələn “Neptun” raketlərinin iki zərbəsi Rusiyaya 750 milyon dollar itkiyə səbəb olub.

Kreyserin tarixinə nəzər salsaq görərik ki, gəmi 1982-ci ilin dekabrında istismara verilib. Kreyserin adı ilk olaraq “Slava” olub və 1996-cı il mayın 16-da dəyişdirilərək “Moskva” adı qoyulub.

SSRİ Prezidenti Mixail Qorbaçov 1989-cu ildə ABŞ Prezidenti Böyük Corc Buş ilə Maltada keçirilən danışıqlara məhz bu kreyser ilə yollanmışdı. Həmçinin “Moskva” kreyseri 2008-ci ildə Rusiyanın Gürcüstana qarşı hərbi əməliyyatlarına, eləcə də Suriyada Rusiya hərbi kontingentinin gücləndirilməsinə cəlb olunub.

Maraqlıdır ki, “Moskva” kreyseri Britaniyanın transatlantik buxar gəmisi “Titanik”in batma ildönümü günündə batıb. Belə ki, “Titanik” 1912-ci il aprelin 14-dən 15-nə keçən gecə aysberqlə toqquşduqdan sonra batıb. Hadisə nəticəsində 1496 nəfər həlak olub, 712 nəfər isə xilas edilib.





Paylaş:


Müəllif : Tarix:
15-04-2022, 16:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər