"Məlum oldu ki, gecə 5-in yarısı polislər gizlicə İlkinin evinə girib" - FOTO
“10 yaşlı Nərminin oğurlanıb öldürülməsi və yanmış meyitin tapılmasıyla bağlı məhkəmə prosesində məlum oldu ki, gecə saat 5-in yarısı polis rəisi, əməliyyatçı və başqa polislər bu işdə təqsirləndirilən İlkin Süleymanovgilin evinə gizli daxil olublar”.
Bu məlumatı jurnalist Aytən Məmmədova özünün “facebook” səhifəsində paylaşıb. O bildirib ki, bunu təsdiqləyən telefon zəngi ortaya çıxıb:
“Sual olunur niyə, onların o evdə nə işi vardı? Bir gün əvvəl o evdə axtarış zamanı heç nə tapılmayıb. Bundan sonra isə guya həyətdə II qrupa aid qan nöqtəsi tapılıb…”
Jurnalist həmçinin bildirib ki, Tovuz Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Azər Məmmədov məhkəmədə yanvarın 9-dan 10-na keçən gecə, saat 4 radələrində evində yatdığını deyib:
“Amma telefon anten dairələrinə dair məlumatlarla onun yalan danışdığını sübut ediblər…”
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-04-2022, 20:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər