Azərbaycanda pomidorun qiymətində kəskin bahalaşma – Səbəb nədir?
Son günlər Azərbaycanda pomidorun qiymətində kəskin bahalaşma qeydə alınıb.
Son günlərə qədər 80-90 qəpik olan məhsul bəzi marketlərdə hətta 2 manata qədər qalxıb. Bəs bunun səbəbi nədir?
Məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirlinin sözlərinə görə, ilkin yazdan başlayaraq havaların qeyri-sabit keçməsi, temperatur dəyişmələri kənd təsərrüfatı məhsullarının istehsalı üçün ciddi risklər ortaya çıxarıb. Bahalaşmanın əsas səbəbi hava şəraitidir.
“Əlverişsiz havalar ilkin yaz mövsümündə tumlu meyə ağaclarının potensial məhsuldarlığa çatmasına imkan vermədi, ağaclarda mayalanma prosesi yağışların təsiri ilə başa çatmadığına görə məhsuldarlıq (gilas, ərik, alça və s.) aşağı düşdü.”
İyun-iyul aylarındakı meteroloji göstəricilərinin təhlilinə əsasən deyə bilərik ki, əlverişsiz havalar artıq açıq sahə tərəvəzçiliyinə də mənfi təsir göstərməkdədir. “İstehsal təqviminə görə, temperaturun yüksəlməsi, şitillərin məhsulvermə dövrünün başa çatması ilə əlaqədar olaraq iyunun ikinci on günlüyündə istixanalar fəaliyyətini dayandırır, iyulun əvvələrində isə açıq sahədə yetişdirilən tərəvəz məhsulları bazara girərək istehlak zəncirində fasilənin yaranmasına imkan vermirdi.
Bu il zəncirdəki harmonik əlaqə pozuldu, iyunun sonunda istixanalar təsərrüfat mövsümünə qismən yekun vursalarda açıq sahədə əkilmiş bostanlarda məhsul vaxtında yetişməyib. İstilik bütün bitkilər kimi tərəvəz məhsullarının yetişməsi üçün ən mühüm şərtdir.
Artıq iki həftədir ki, məhsulun yetişməsi üçün faydalı istilik əmsalı yaranmadığı üçün kütləvi yetişmə prosesi gecikir. Dünən əsas tərəvəzçilik rayonlarında apardığımız müşahidələr görə, iki həftəyə yaxındır ki, pomidorun yetişməsi üçün tələb olunan müsbət 25-26 dərəcə temperatur yaranmadığı üçün bostanlarda təxminən 15 günlük gecikmə əmələ gəlib.”
Ekspert kütləvi tədarükün ötən ilə qədər bostanlarda iyulun 1-dən başladığını bildirib. “Dünənki müşahidələrə görə, fermerlər yalnız ala-kal məhsulların yığımına başlayıb, o da ki, “yavaş-yavaş”. Fermerlər deyirlər ki, tez,orta və gec yetişən sortlar əksələr də yetişmə prosesində ardıcıllıq itib. Tez yetişən sortların yığımı iyulun 10-a qədər baş çatmalı idi, lakin hələ yığım yenicə başlayıb. Məntiqi olaraq istehsalda təbii amillərin təsiri ilə yaranmış bu qısamüddətli fasilə bazarlardakı qiymətlərə öz təsirini göstərib.
Lakin iqlimdəki qeyri-stabillik düzələrsə, ən uzağı bir həftədən sonra sahələrdə kütləvi yığım başlayacaq və bununla da bazarlarda qiymət təlatümü xeyli səngimiş olacaqdır.”
Nicat Nəsirli açıqlamasında ixrac prosesi haqqında da məlumat verib. “2018-ci ilin yanvar-aprel aylarında qonşu Rusiyaya göndərilmiş mahlıc, fındıqdan sonra pomidor üçüncü olub: 2018-ci ilin yanvar-aprelində 42 milyon dollarlıq pomidor ixrac olunmuşdusa 2019-cu ilin yanvar-aprelində 49 milyon dollara təşkil edib.
Yalnız aprel ayında: ötən ilin aprelində 18 milyon dollarlıq pomidor ixracı 2019-cu ilin aprelində 24 milyon dollara yüksəlib. Pomidor ötən ilin aprelində də bu ilin aprelində də ixracda liderliyini qoruyub.”
Rəqəmlərə əsasən, pomidora artan təlabat istehsal strukturunda öz əksini tapır. “2016-cı ildə 23 min 819 hektardan 503 min ton pomidor istehsal edilmişdisə, 2017-ci ildə əkin sahəsi azalsa da, (21 min 331 ha) məhsuldarlıq hektardan 16 sentinerə yüksəlib və 624 min ton pomidor istehsalına nail olunub. Hətta illik ixracı da nəzərə alsaq, yerdə qalan hissə ölkə əhalisinin təlabatını tam ödəməyə imkan verir. Əhalinin bu məhsul üzrə illik təlabatı 400- 470 min ton təşkil edir ki, yerli istehsal bunu tam ödəməyə gücü çatır. İstehsal həcminə görə, adambaşına 64 kq pomidor düşür, lakin hesablamalar göstərir ki, hər bir vətəndaş ildə 50 kq - dan artıq pomidor istehlak etmir.”
Paylaş:
Müəllif : Redaktor
Tarix:10-07-2019, 12:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:10-07-2019, 12:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09