reklam
Regionxeberlericom.az » Araşdırma » 71 yaşlı baş həkimin 11 il həbsi tələb olundu

reklam

71 yaşlı baş həkimin 11 il həbsi tələb olundu
















Külli miqdarda mənimsəmədə ittiham olunan Bakı şəhər 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının rəhbəri Rəsul Baxşəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.

Sonuncu prosesdə dövlət ittihamçısı baş həkim barəsindəki cəza tələbini elan edib. Prokuror Rəsul Baxşəliyevin 11 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Rəsul Baxşəliyevin 71 yaşı var. O, 1992-2021-ci illərdə baş həkim işlədiyi dövrdə bir sıra şəxslərin adlarını xəstəxanada bağban, tibb bacısı, sanitar, həkim kimi rəsmiləşdirdiyi, lakin özlərinin işə gəlmədiyi, maaşlarının isə mənimsənilməsində təqsirli bilinir.

İttihama görə, həmin xəyali işçilərə məxsus maaş kartlarının bəziləri də baş həkimin müavini Zinyət İbrahimovada olub. İbrahimova hər ay o kartlardan maaşları çıxararaq baş həkimə çatdırıb. Adları işçi kimi rəsmiləşdirilib, əslində isə xəstəxanada işləməyən şəxslərin adlarına açılmış maaş kartları vasitəsilə 2009-2021-ci illərdə dövlət büdcəsinə 629 min manat ziyan vurulub.




Paylaş:


Müəllif : Tarix:
30-04-2022, 15:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər