Bu qida məhsulları xərçəng riskini azaldır
Xərçəng xəstəlikləri riskini effektiv şəkildə azaltmağa kömək edən sadə və əlçatan qida məhsulları var.
Bu barədə rusiyalı onkoloq İvan Karasyov bildirib.
“Sadə və əlçatan qida məhsulları var. Eksperimental yol ilə müəyyən edilib ki, müəyyən qida məhsullarının müntəzəm olaraq istehlakı onkoloji xəstəliklərin yaranması riskini azaltmağa kömək edir”, - deyə İvan Karasyov öz bloqunda yazıb.
Onkoloq qeyd edib ki, “üç yoxlanılmış ucuz qida məhsullu” xərçəng xəstəliyi riskini azaltmağa kömək edir. Onlardan biri sarımsaqdır.
Karasyov fərdi əks göstərişlər olmadıqda bu ədviyyatlı tərəvəzin istehlakını xərçəng əleyhinə faydalı vərdiş hesab edir.
Sarımsaq birləşmələri dərinin, yoğun bağırsağın, ağciyərin bədxassəli şişləri kimi onkoloji xəstəliklərin yaranmasına qarşı müdafiəni gücləndirir.
Digər sınaqdan keçirilmiş və əlçatan qida məhsulu – tərkibində güclü antioksidantlar olan tərəvəz - brokkolidir. Onkoloq bildirib ki, qida məhsulunun istehlakı süd vəzisi xərçənginin inkişafının qarşısını almağa kömək edir.
Həkim, həmçinin sitrus meyvələrini daha tez-tez qəbul etməyi tövsiyə edir. Xüsusilə də, tərkibində monoterpen maddələri olan qreypfrutları. Monoterpenlər orqanizmdən kanserogen maddələrini çıxararaq bütün növ xərçəng xəstəlikləri riskini azaltmağa kömək edir.
Onun sözlərinə görə, limon və portağal istehlakı limfositlərin - xərçəng hüceyrələri ilə mübarizə aparan immun sisteminin hüceyrələrinin fəaliyyətini stimullaşdırır.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-05-2022, 08:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər