reklam
Regionxeberlericom.az » Araşdırma » "Adını nə istəyirsiniz qoyun. Nə dəyişəcək ki?" - İqbal Ağazadə

reklam

"Adını nə istəyirsiniz qoyun. Nə dəyişəcək ki?" - İqbal Ağazadə















Azərbaycanda mövcud olan idarəçilik strukturunun - yerli icra hakimiyyəti sisteminin dəyişdirilməsi gözlənilir. Bunu Prezident İlham Əliyev iştirak etdiyi beynəlxalq konfransda elan edib. 

Prezident qeyd edib ki, icra hakimiyyəti strukturu SSRİ-nin çöküşü zamanı yaradılıb və gözləntiləri doğrultmayıb. Prezident xüsusilə, 10-a yaxın icra başçısının həbs edilməsinə toxunub. O, qeyd edib ki, hazırda Qarabağda xüsusi nümayəndələr təyin edib və bu yeni sistem sınaqdan uğurla çıxdığı halda ölkə üzrə tətbiq ediləcək.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan “Ümid” Partiyasının sədri İqbal Ağazadə icra hakimiyyətlərinin əvəzinə hansı qurum olacaqsa, həmin qurumda çalışan şəxslərin seçki əsasında seçilməsinin tərəfdarı olduğunu bildirib:

“Bu günlərdə “Ümid” Partiyası Konstitusiya islahatları təklif etdi. Biz orda idarəetmənin seçkili variantlarına üstünlük verməyin tərəfdarı olduğumuzu bildirdik. Bunun tərəfdarı olduğumuz üçün də seçkili seçimin olmasını istədik. İcra Hakimiyyətlərinin səlahiyyətlərini bələdiyyələrə vermək lazımdır, yeni şey düşünməyə ehtiyac yoxdur. Hər hansı idarəetmə forması axtarmağa gərək yoxdur. Nə fərqi var ki, ya İcra hakimiyyyətidir, ya da prezidentin xüsusi nümayəndəsidir, yaxud başqa nə isə. Adını nə istəyirsiniz qoyun. Məsuliyyətləri nədir? Nə dəyişəcək ki? Dəyişən bir şey olacaqmı?”

O, Prezidentin nümayəndələrinin idarəetmədə rolunun az olmalı olduğunu qeyd edib:

“Biri də var seçkili sistem, onu xalq seçir. Seçilən qurumun adını nə istəyirsiniz qoyun, əsas odur onu xalq seçsin. İcra nümayəndəsi olmasın, xüsusi nümayəndə olsun nə dəyişəcək? Biz təklif etmişdik ki, bələdiyyə seçkiləri keçirilsin, şəhər bələdiyyələri seçilsin, şəhər bələdiyyələrinin məclisləri olsun, hesabatlılıq olsun. İcra nümayəndəsi əvəzinə də Prezidentin şəxsi nümayəndələri olsun, o da sadəcə yerdəki vəziyyətlə bağlı Prezidentə məlumat versin. Onların idarəetmədəki payı çox cüzi olsun”.




Paylaş:


Müəllif : Tarix:
6-05-2022, 14:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər