reklam
Regionxeberlericom.az » Araşdırma » Doğuşdan sonra ölən ana ilə bağlı TƏBİB-dən - Açıqlama

reklam

Doğuşdan sonra ölən ana ilə bağlı TƏBİB-dən - Açıqlama
















Xəbər verdiyimiz kimi, Zaqatalada 23 yaşlı ana doğuşdan sonra dünyasını dəyişib.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova hadisə ilə bağlı açıqlamasında deyib: 

“Zaqatala şəhər sakini, 23 yaşlı Fatimət İslam qızı Musayeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasında 36 həftəlik oğlan uşağı dünyaya gətirib.

Daha sonra F.Musayevanın vəziyyəti ağırlaşıb və bağırsaq keçməzliyi şübhəsi ilə Təcili Tibbi Yardım avtomobili ilə Bakıya gətirilib. 

M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında  kontrast tomoqrafiyadan və zəruri müayinələrdən keçirildikdə qarın boşluğunda, bağırsaq müsariqələrində çoxsaylı törəmələr aşkar edilib. Nümunələr biopsiya  üçün laboratoriyaya göndərilib. 

Ailəsi xəstəliyin əvvəlcədən mövcudluğu barədə məlumatlı olduğunu bildirib. Xəstə ailəsi tərəfindən yazılı iltizamnamə ilə evə buraxılıb.  

Təcili Tibbi Yardım avtomobili ilə Zaqatalaya yola salınan xəstə yolda dünyasını dəyişib.

Uşağın vəziyyəti isə stabildir”.




Paylaş:


Müəllif : Tarix:
10-05-2022, 00:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər