reklam
Regionxeberlericom.az » Araşdırma » Rusiya sülhməramlılarını Qarabağdan çıxarır? - “Bununla bağlı təkzibolunmz faktlar var“

reklam

Rusiya sülhməramlılarını Qarabağdan çıxarır? - “Bununla bağlı təkzibolunmz faktlar var“















Son günlər Rusiyanın Ukraynada apardığı “xüsusi hərbi əməliyyatlar” fonunda bu ölkənin hərbçilərini Suriya, Azərbaycan, Mərkəzi Afrika Respublikasından çıxarması ilə bağlı iddialar ortaya atılıb.

Müharibə başlayandan təxminən 1 ay sonra da sosial şəbəkələrin Azərbaycan seqmentində, əsasən, “Telegram” kanallarında rus sülhməramlılarının bir hissəsinin Laçın dəhlizi vasitəsilə Qarabağın dağlıq hissəsindən çıxması görüntüləri bu iddiaları gücləndirir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) ictimai-siyasi əlaqələr üzrə sədr müavini Elçin Mirzəbəyli də eyni rəyi bölüşür:

“Azərbaycan ərazilərində müvəqqəti müşahidə aparan Rusiya sülhməramlılarının hərbi-texniki personalının əhəmiyyətli hissəsi artıq Ukraynaya aparılıb və bununla bağlı təkzibolunmz faktlar var. Bu aspektdən yerdə qalan kontingentin mahiyyət etibarilə sülhün və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynamadığını nəzərə alsaq, onların hansısa mərhələdə Ukraynaya aparılması mümkündür”.

BAXCP funksioneri vurğulayıb ki, Suriyadan hərbçilərin çıxarılması ilə bağlı bundan öncə də məlumatlar var idi və bu gün də həmin məlumatlar yayılmaqdır:

“Bu gün Ukrayna böhranı çərçivəsində Rusiyanın Şərqi və Mərkəzi Avropadakı maraqları digər ərazilərdəki maraqlarından daha önəmlidir. Çünki Rusiya özünü tarixən Avropanın jandarmı hesab edib və bu gün də proseslərə eyni düşüncə ilə yanaşır. Ona görə də, bütün gücün məhz Avropa istiqamətinə cəmləşdirilməsi barədə fikirlər inandırıcı görünür”.




Paylaş:


Müəllif : Tarix:
21-05-2022, 12:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər